Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:16

Avtobusda yoqa


Yoqa
Yoqa

Carla-nın həyatda hər şeyi var: sevdiyi şəhərdə yaşayır, sevimli əri, iki övladı və bir avtobusu var. Əkiz uşaqları məktəbə gedəndə Carla mətbəxdə meditasiya etməkdən bezib iş qurmaq qərarına gəlib. Kreditlə özünə avtobus alıb. İndi bu avtobus onun ikinci evidir. Onun barəsində CurrentTime.TV yazır.

«Siz sadəcə paltonuzu soyunub səliqə ilə kabinədə asırsınız, ayaqqabılarınızı çıxarıb rəflərə yerləşdirirsiniz, istəsəniz, bu müddətdə telefonunuzu şarja qoya bilərsiniz», – Carla Hammond deyir.

Avtobusun girişində ayaqqabı və üst geyiminizi soyunmaqla mənəvi rahatlığa ilk qədəminizi qoymuş olursunuz. Artıq böyük şəhərdə mənəvi rahatlıq üçün yol da getmək lazım deyil. Təkərli yoqanın özü gəlib sizi tapacaq.

Cəmi 22 dollar

Mobil meditasiya Carla-nın nou-hausudur. Aroma- və xromoterapiyanın (rəngli işıqlardan istifadə etməklə insana ehtiyacı olan enerjini vermə terapiyası) bütün qanunları insanlara çoxdan bəllidir.

Son nəticədə Carla-nın avtobusu turist avtobusuna yox, LED-perforasiyası və tam səs izolyasiyasına malik futuristik kapsula çevrilib. Bu yolla insanın xoşbəxtlik hormonu – serotoninin ifrazı stimulyasiya edilir. Stress hormonu kortizolsa azalır. Bu avtobusun içindəki adyallar da boş yerə belə ağır deyil.

«Onlar ağır olmalıdır. Bu, necə işləyir? Ağır adyallar güclü təzyiq yaradır. Bu, bədənimizə sakitləşmək və dincəlmək imkanı verir. Elə bir hiss yaranır ki, sanki sən bürünüb uzanmısan və ya kimsə səni qucaqlayır. Nəticədə xoşbəxtlik hormonları ayrılır. Bütün bunlar birlikdə bir ideyaya – meditasiyaya aiddir», – deyə Carla izah edir.

Yoqa avtobusu sanballı bir bankın qarşısında park olunub. Burada yarım saatlıq meditasiya işgüzar nahardan ucuz, cəmi 22 dollara başa gəlir. Ancaq iş gününün ortasında öz daxilinə nəzər salmaq hətta ən yüksək maaş alan ağ yaxalıqlı işçilər üçün belə əlçatmaz lüksdür. Ancaq seçim vacibdir: adamlar əlavə bir qurtum qəhvədənsə bir udum nəfəs almağa üstünlük versələr, həyat yoluna düşər.

Yoqa zamanı belinizə çəpiş dırmaşsa...
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

«Özünüzü daha yaxşı hiss edəcəksiniz»

Carla və komandasının əsas işi insanın daxili aləmi olsa da, onlar saymağı da yaxşı bacarırlar. Nyu-Yorkda kommersiya məkanlarının bir kvadrat futu (0.093 kvadrat metr) üçün ayda ən azı 1500 dollar ödəmək lazımdır. Bir saatlıq parkinqsə ən çoxu 20 dollara başa gəlir.

Avtobusda mürəkkəb asanalar (yoqa pozaları) alınmasa da, bu, problem deyil.

«Ətrafda nə baş verməsi qətiyyən vacib deyil. Elm meditasiyanın insana xeyrini dəfələrlə sübut edib və bunu görməzdən gəlmək olmaz. Əgər siz imkan edib bura baş çəkə bilsəniz, şüurunuzda mütləq kiçicik də olsa, dəyişiklik baş verəcək. Hətta siz bunu həmin an hiss etməsəniz belə, günün sonuna doğru mütləq özünüzü daha yaxşı hiss edəcəksiniz», – komandanın üzvü Erica Sergott deyir.

10 faiz artıq stress

Nyu-yorkluların stress səviyyəsi bütün ölkədəki stress səviyyəsindən təqribən 10 faiz artıqdır. Onlar həm pula, həm iş yerlərinə, həm də öz səhhətlərinə görə daha çox narahatlıq keçirirlər. Amerika Fizioloqlar Assosiasiyası etiraf edir ki, Nyu-Yorkda bütün bəndlər üzrə narahatlıq səviyyəsi 70 faizi keçir. Ona görə də, sakit nəfəs almaq vaxtıdır.

Nyu-York sakini Mandy deyir: «İş gününün ortasında çox pis vəziyyətdə idim. Başımda o qədər fikir dolaşırdı ki! Bura daxil olan kimi, sakitləşdiyimi hiss etdim və bu, çox xoş idi».

Asanaları etməyə sərf olunan vaxt rahatca istənilən iş qrafikinə salına bilər. Mobil yoqanı internetdən rezervasiya edirlər. Avtobusun marşrutu saytda müştərilərin tələb və ehtiyaclarına uyğun tərtib olunur.

«Bax, sabah biz Brayant-park, sonra Kolumb meydanında olacağıq, daha sonra Tribekaya gedəcəyik», – Carla deyir. Beləliklə, onlar bütün şəhəri gəzirlər.

Carla-nın arzusu Amerikanın bütün iri şəhərlərində belə qara avtobusları işə salmaqdır. Siz hələ də narahatsınız? O zaman yoqa sizə gəlir!

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG