Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Yonas Mekasın borcu


Y.Mekas Litvada, 1971
Y.Mekas Litvada, 1971

Ötən həftə rejissor, yorulmaz təşkilatçı, şair, publisist, internetin çıxmasından on illər öncə bloqerliyə başlamış Yonas Mekas 96 yaşında dünyasını dəyişdi.

Y.Mekas 1922-ci ildə Litvanın bir kəndində doğulub. Qırxıncı illərin sonlarında kiçik qardaşı Adolfasla birlikdə Nyu-Yorka gedərək qaçqın düşərgəsində yaşamağa başlayıb. Cəmi 10 il keçincə sonradan «eksperimental kino» adlandırılacaq sahədə vacib fiqurlardan birinə çevrilib. 1961-ci ildə tanınmış kinorejissor Maya Derenin (Onun da ailəsi 1920-ci illərin əvvəllərində yəhudi poqromlarından qaçmağa məcbur olmuş, vətənləri Ukraynanı tərk edərək Nyu-York ştatına getmişdi) vəfatından sonra Mekas bu sahədə ən vacib fiqur oldu.

Həbs də olunub

1955-də Yonas artıq «Kino mədəniyyəti» (Film Culture) jurnalının həmtəsisçisi və redaktoru idi. Bu jurnal bu sıradan ən azadfikirli və radikal nəşr idi. Üç il sonra o, həftəlik «The Village Voice» jurnalında çalışmağa başlayır. O, jurnalın ilk film tənqidçisi olur və dərhal «Yeni Amerika kinosu» adlanan cərəyanın təbliğatçısına çevrilir. Bundan iki il sonra özünün «Ağacların silahları» (Guns of the Trees) adlı ilk bədii filmini çəkməyə başlayır. Eyni zamanda da, Nyu-Yorkun Avenyu-B küçəsindəki Çarls kinoteatrı da daxil olmaqla, əsasən şəhərin mərkəzində yerləşən 5-6 məkanda açıq film nümayişlərinin təşkilinə başlayır. Bundan sonra iki mühüm qurumu təsis edir: Kinematoqrafçıların Distribütor Mərkəzi və Kinematoqrafçılar Kooperativi.

1960-cı illərin ortalarında Yonas karyerasının çox məhsuldar dövrünü yaşayırdı. Həm həftəlik köşə yazıları yazır, həm jurnala redaktorluq edir, həm get-gedə daha çox sevilən kino gündəliklərini yazır, başqa rejissorların filmləri üçün vəsait toplayır, Kinematoqrafçıların Sinematekasını yaradırdı.

Onun sayəsində Cek Smitin 1963-cü ildə çəkdiyi «Alovlanan varlıqlar» (Flaming Creatures) dramı dünyada tanınıb sevilməyə başlamışdı. Y.Mekas bu filmin nümayişinə görə hətta əxlaqsızlıq maddəsi ilə həbs olunmuşdu. İlk avanqard filmlərdən sayılan bu filmdə bir-biri ilə əlaqəsi olmayan səhnələr nümayiş edilirdi. Onların arasında dodaq boyası reklamı, orgiya və zəlzələ səhnəsi də var idi.

Y.Mekas Nyu-Yorkun hazırda SoHo kimi tanınan «Ütü məhəlləsi» adlanan ərazisinin dəyişməsində mühüm rol oynayıb. O, 1970-ci illərdə burada dünyada ilk avanqard kino muzeyini yaradır. Bunun sayəsində dünənə qədər anderqraund sayılan incəsənət növü hörmətə minməyə başlayır.

«Gündəlik filmləri»

Y.Mekasın «gündəlik filmləri» dünyanın kino muzeylərində və festivallarda nümayiş etdirilib. Y.Mekas Amerikaya gələndən cəmi iki həftə sonra borc götürdüyü pula «Bolex» kamerası satın alaraq öz gündəlik həyatı haqda qısa videolar çəkməyə başlamışdı.

O, kəndçi idi, yoxsa savadlı kosmopolit, müdrik səfeh, yoxsa müəmma dolu bir əcnəbi?

Kino tənqidçisi, publisist və alim Cim Hoberman «The New Yorker» jurnalına yazdığı məqalədə qeyd edir ki, Amerikada hər bir avanqard, müstəqil eksperimental kino sənətçisi müəyyən mənada Y.Mekasa borcludur.

Ötən il ABŞ Holokost Muzeyi Y.Mekasdan müsahibə alaraq onun səsini yazıb. Bu geniş və dərin müsahibədə Mekas İkinci Dünya müharibəsi illərində Litvadakı ağır həyatından söz açır. Müsahibə altı saatdan artıq davam edir. Bu iş bir qədər Mekasın 2008-ci ildə çəkdiyi beşsaatlıq «Litva və SSRİ-nin süqutu» (Lithuania and the Collapse of the USSR) adlı proqramı xatırladır. Bu proqram televiziya xəbərlərinin fraqmentlərindən hazırlanmışdı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG