Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Bir gündə yoluxma 500-ü keçdi


Foto arxivdəndir
Foto arxivdəndir

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 508 yeni yoluxma faktı qeydə alınıb, 335 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bugün, iyunun 23-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Qurumun məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər də vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 13 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 503 nəfəri müalicə olunaraq sağalıb, 167 nəfər vəfat edib, 6 045 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”.

Qərargahın açıqlamasına görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 6464, ötən müddət ərzində isə ümumilikdə 432 858 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halının fevralın 28-də aşkarlandığı bildirilib.O vaxtdan bəri heç vaxt gündəlik yoluxma sayı 500-ə çatmamışdı.

Apteklərdə dərman qıtlığı yaranır
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 9 milyon 230 mindən çox şəxsin yoluxduğu bildirilir.

Onlardan da artıq 475 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG