Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:06

Yoluxmada qeydə alınan artım davam edir


Rusiya, arxiv foto
Rusiya, arxiv foto

Son gündə Azərbaycanda 257 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alındığı, 202 nəfərin müalicə olunaraq sağaldığı,3 nəfərin isə vafat etdiyi bildirilir.
Nazirlər Kabineti yanında Operativ qərargahın bu gün, mayın 30-da yaydığı xəbərə görə, vəfat edənlər COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1948, 1953 və 1957-ci il təvəllüdlü şəxslər olub:
“Hazırkı dövrədək ölkəmizdə 5246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3327 nəfər müalicə olunaraq sağalıb, 61 nəfər vəfat edib.1858 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 58 nəfərin vəziyyəti ağır, 68 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.
Qərargahdan açıqlamaya görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 294.264 test aparılıb.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halı fevralın 28-də aşkarlanıb. Dünən mayın 29-da 230 şəxsdə yeni yoluxma olduğu açıqlanmışdı və o, fevralın 28-dən sonra yoluxmada rekord rəqəm sayılırdı. Halbuki, bir müddət əvvəl yoluxma halları azalmışdı.
Martın 24-dən ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi elan edilib. Karantin rejimi iyunun 15-nə kimi uzadılsa da, aprelin 27-dən mərhələlərlə bir xeyli yumşaldılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.
Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 6 milyondan çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 367 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG