Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:42

Bir gündə karantin qaydalarını pozan sürücülərin sayı açıqlanıb


Son bir gündə respublika yollarında xüsusi karantin rejiminin qaydalarını pozanların sayı açıqlanıb. Bu barədə aprelin 12-də Baş Dövlət Yol Polis İdarəsi məlumat yayıb.

Qurum bildirir ki, koronavirusun yayılmasını önləmək üçün tətbiq edilən karantin rejiminin pozulmasına görə, aprelin 11-i saat 00:00-dan aprelin 12-i saat 00:00-dək nəqliyyat vasitələri ilə hərəkətdə olan 1753 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə (epidemiya əleyhinə karantin qaydalarını pozma) məsuliyyətə cəlb edilib.

“Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə, 14980 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib”, idarə vurğulayıb.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 110 min civarında şəxsin vəfat etdiyi bildirilir. İndiyə qədər Azərbaycanda isə 1058 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 11 nəfərin vəfat etdiyi açıqlanıb. Artıq dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür.

Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib.Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən də ölkədə xüsusi karantin rejimi elan edilib.Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb.Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.

XS
SM
MD
LG