Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:33

Kənd və qəsəbələrarası yollara çatmayan milyardlar... [video]


Hökümət yeni yollara milyardlar xərcləyir - Gözlədiyiniz rahatlıq və təmir keyfiyyəti varmı?
Gözlə

No media source currently available

0:00 0:15:27 0:00

Hökümət yeni yollara milyardlar xərcləyir - Gözlədiyiniz rahatlıq və təmir keyfiyyəti varmı? [A-Live]

Prezident İlham Əliyevin hər dəfə rayonlara səfərində yeni yol açması, ya da bölgəyə səfərdən qayıdan kimi hansısa yolun təmirinə pul ayırması az qala adətə çevrilib.

2017-ci ildə təkcə “AzərAvtoyol” Açıq Səhmdar Cəmiyyətinə yol çəkilişi ilə bağlı 200 milyon manat vəsait ayrılıb. Gələn ildə də bir qədər pul ayrılması gözlənilir.

Amma Bakıda söhbətləşdiyimiz sakinlər deyirlər ki, hələ də yol problemi öz həllini tapmayıb. Kimi yolların keyfiyyətindən, kimi mərkəzdən kənarda yolların durumundan şikayətlənir.

Yeni çəkilən yollar sizi qane edirmi?
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

Buna da bax: Saatlıda yeni çəkilmiş yola «yamaq» vurulur [video]

Bakı şəhərinin küçə və prospektlərində ümumilikdə 2400 kilometr yol var. Bu yolların 1800 kilometri “AzərAvtoYol” ASC-nin tabeliyindədir. Qalanı isə icra hakimiyyəti və bələdiyyələrin. “AzərAvtoYol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyir ki, onlar çəkdikləri yolun keyfiyyətinə əmindilər:

“AzərAvtoYol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli
“AzərAvtoYol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli

“Bizim çəkdiyimiz yollar beynəlxalq standartlara cavab verir. Bizim Cəmiyyətin tərkibindəki “Azər Elmi Yol Təhqiqat İnstitutu”nun, eləcə də Fövqəladə Hallar və Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsinin laboratoriyalarında müntəzəm olaraq, yoxlamalar aparılır. Tikinti zamanı hər hansısa bir nöqsan aşkarlanarsa, işlər dayandırılır, nöqsan aradan qaldırıldıqdan sonra davam etdirilir. Asfaltdan tutmuş yol örtüyünə qədər keyfiyyət yoxlanır. Ona görə də bizim yollarda heç bir problem ola bilməz”.

Buna da bax: İlham Əliyev: 'İndi bizim təcrübəmiz öyrənilir'

Anar Nəcəfli bildirir ki, “AzərAvtoYol” yeganə dövlət qurumudur ki, işləri özü icra edir. Qurum 2017-ci ildə 40 qədər yolu yenidən qurub. 2016-ci ildən etibarən kəndarası və qəsəbələr arası yolların da tikintisi “AzərAvtoYol”un tabeliyə verilib. Bələdiyyə və yerli icra hakimiyyətlərinin tabeliyində isə yalnız kənd və qəsəbə yolları qalıb.

Buna da bax: Belə neft gəliri olan ölkənin yollarına baxanda...

Satınalmalar Üzrə Dövlət Agentliyinin məlumatına görə 2017-ci ildə icra hakimiyyətləri yol çəkilişi ilə bağlı 14 milyon manatlıq tender keçirib. Hər yolun çəkilişi ilə bağlı orta hesabla 500 min manat ayrılıb. Məsələn, “Holding SSS” şirkəti Yevlax İcra Hakimiyyəti 743 min manatlıq, "Gilan İnşaat" MMC isə Lənkəranda yol çəkilişi ilə bağlı 622 min manatlıq tenderin qalibi olub. 2012-ci ildə şirkətlərin təsisçiləri haqda məlumatlar kommersiya sirri hesab olunduğundan bu şirkətlərin sahiblərini müəyyənləşdirmək mümkün deyil. Lakin hökumətin tənqidçiləri olan müstəqil ekspertlər bildirirlər ki, bu cür tenderlərdə qalib gələnlər oliqarxlara yaxın şirkətlər olur.

Buna da bax: Ölüm saçan yol

Real Vətəndaş Hərəkatının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, son illər yol çəkilişlərinə milyardlarla manat vəsait ayrılıb. Bəzi Yolların istismar müddətindən tez dağılması, vəsaitlərin həddən artıq şişirdilməsi yeyintilərin göstəricisidir:

Natiq Cəfərli
Natiq Cəfərli

“Son 15 ildə Azərbaycanda yollara 14-15 milyard manat vəsait ayrılıb. Bu olduqca böyük məbləğdir. 2020-ci iləcən daha 7-8 milyarda yaxın əlavə vəsait ayrılması nəzərdə tutulur. Amma şirkətlərin seçiminə, keyfiyyətə müstəqil nəzarət olmasa bu vəsaitin də effektiv xərclənməyəcəyini indidən söyləmək mümkündür”.

Natiq Cəfərli diqqəti hələ də Azərbaycanda xeyli yolun əsaslı şəkildə yenidən qurulmasına ehtiyac olmasına çəkir.

Elə bu günlərdə AzadlıqRadiosu İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsindəki yolla bağlı reportaj etmişdi. Həmin reportajda sakinlər yollardan dad edirdi.

Buna da bax: İmişlidə 'cəhənnəm yolu'nda narahatlıq

“AzərAvtoYol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyir ki, hökumətin əsas hədəfi magistral, ardınca respublika əhəmiyyətli yolların çəkilməsi və yenidən qurulması olub. Növbəti addım kəndlər və qəsəbələrarası yollarla bağlı olacaq.

Anar Nəcəfli vurğulayır ki, dövlət büdcəsindən başqa, həm də beynəlxalq kreditlər hesabına yollara kredit ayrılır və işlər görülür. Yaxın gələcəkdə Azərbaycanda yol problemi tam həllini tapacaq.

Buna da bax: Can alan yol [fotolar]

İqtisadçı Natiq Cəfərli isə düşünür ki, korrupsiya və yeyinti halları aradan qaldırılsa, ayrılan vəsaitlə Azərbaycanın yol problemini həll etmək real görünür.

Buna da bax:

Saatlıda yeni çəkilmiş yola "yamaq" salınır
Gözlə

No media source currently available

0:00 0:03:27 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG