Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 20:40

Dekabrın 28-də Azərbaycan Respublikasının gələnilki dövlət büdcəsi rəsmi mətbuatda dərc olunub. Sənədə əsasən, büdcə xərclərinin 4,1 faizi - 697 milyon manat islahatlara sərf olunacaq.

«İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyinin ekspert qrupu «belə təyinatı bilinməyən» xərclərin büdcədə əks etdirilməsini büdcə şəffaflığının pozulması kimi qiymətləndirsə də, keçmiş maliyyə naziri Fikrət Yusifov bu vəsaitin Strateji Yol Xəritəsinin maliyyələşdirilməsinə xərclənəcəyini söyləyib.

Buna da bax:​ Büdcə: Kimə nə qədər çatacaq?

Dövlət büdcəsi haqqında qanunun tətbiqi haqqında fərmanda qeyd edilir ki, islahatlarla bağlı xərclərin bölgüsünü Maliyyə Nazirliyinin təklifləri əsasında prezidentin özü həyata keçirəcək.

«Büdcə şəffaflığı prinsipi pozulub»

«İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyinin (İTYİB-nin) ekspert qrupu gələn ilin dövlət büdcəsinə rəy verib. Bu rəydə «belə təyinatı bilinməyən» xərclərin büdcədə əks etdirilməsi büdcə şəffaflığının pozulması kimi qiymətləndirilir.

Buna da bax: Yaşayış minimumu da artır, ona ehtiyacı olanlar da

«"Əsas bölmələrə aid edilməyən xidmətlər" funksional bölməsi üzrə əvvəlki illərin büdcə layihələrində nəzərdə tutulmayan və «islahatlarla bağlı xərclərin maliyyələşdirilməsi» adlanan istiqamətə 697 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Lakin həmin xərc maddəsinin mahiyyəti, büdcəyə daxiledilmə zərurəti və son təyinatı barədə nə «Büdcə zərfi»ndə, nə də Hesablama Palatasının Rəyində hər hansı əlavə məlumat var. Yalnız ümumi şəkildə bildirilir ki, bu xərclər tamamilə «qeyri-maliyyə aktivlərinin alınmasına» sərf ediləcək». İTYİB ekspert qrupunun rəyində belə deyilir.

Büdcədə başqa boşluqlar da var

İctimai birlik ekspertlərinin fikrincə, hökumət bu xərcləri parlamentə təqdim etdiyi konkret islahat proqramları üzrə və şəffaf formada əks etdirməli idi. Rəydə büdcə xərclərinin başqa bir neçə istiqaməti üzrə də belə problemin olmasına dair qənaət əksini tapıb.

Buna da bax:​ Daha bir 'yol xəritəsi': uyğun qiymətə mənzil

İTYİB-in gələn ilin dövlət büdcəsinə dair rəyi dekabrın 29-da ictimaiyyətə açıqlanacaq.

«İqtisadi islahatlara dövlət büdcəsindən də pul ayrılacaq»

Keçmiş maliyyə naziri, «Ekonomiks» Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin rəhbəri Fikrət Yusifov AzadlıqRadiosu-na deyib ki, bu vəsait Strateji Yol Xəritəsinin maliyyələşdirilməsinə xərclənəcək:

«11sektor üzrə nəzərdə tutulmuş prioritetlərin yerinə yetirilməsi üçün 2020-ci ilədək iqtisadiyyata təxminən 27 milyard manat investisiya qoyuluşu tələb olunur. Bu, həm dövlət, həm də özəl, o cümlədən xarici sərmayələr hesabına təmin ediləcək. Dövlətsə bu pulun bir hissəsini dövlət büdcəsindən ayırır»

Buna da bax:​ Daha bir yol xəritəsi: Sahibkarlığın inkişafı ilə bağlı

Dekabrın 6-da prezident İlham Əliyev milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə 12 strateji yol xəritəsini təsdiqləyib. Gələnilki dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon, xərcləri 16 milyard 900 milyon manat həcmində müəyyənləşdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG