Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Sentyabr, şənbə, Bakı vaxtı 16:53

Daha bir 'yol xəritəsi': uyğun qiymətə mənzil


Tikinti.

Hökumət iqtisadiyyatın inkişafı ilə bağlı daha bir Strateji Yol Xəritəsini açıqlayıb.

Sənədin mətni ölkə başçısının rəsmi internet səhifəsindən açıqlanıb.

Yol xəritəsi uyğun qiymətə mənzil təminatının inkişafı ilə bağlıdır.

Sənəddə nəzərdə tutulan fəaliyyətlərin reallaşdırılmasından ötrü 900 milyon manatdan artıq investisiya tələb olunur. Maliyyələşmə dövlət büdcəsi, büdcədənkənar fondlar, Sahibkarlığa Kömək Milli Fondunun və digər investisiya təşkilatlarının vəsaitləri hesabına təşkil edilməlidir.

Buna da bax:​ Daha bir yol xəritəsi: Sahibkarlığın inkişafı ilə bağlı

Yol xəritəsində iki strateji hədəf müəyyən edilib.

Birinci hədəf

Birinci hədəf Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) təşkilati strukturunun, vəzifələrinin və dəstək sahələrinin müəyyən edilməsini nəzərdə tutur.

Bundan ötrü, effektiv inkişaf planı hazırlanmalı, mənzil təminatı ilə bağlı məqsədlər və dövlət dəstəyi mexanizmləri müəyyən edilməlidir.

Buna da bax:​ Hökumətdən vəd: “Uyğun qiymətə mənzillər” olacaq

İkinci hədəf

İkinci strateji hədəf “Uyğun qiymətə mənzil bazarının fəaliyyətinə əlverişli şərait yaradan əsas mexanizmlərin həyata keçirilməsi”dir.

Bu hədəfə nail olunması məqsədi ilə torpaq sahələrinin müəyyən edilməsi və mülkiyyət hüququnun “MİDA” ötürülməsi kimi fəaliyyətlər planlaşdırılır.

Xatırlatma

Dekabrın əvvəli hökumət «Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi»ni açıqlayıb. Həmin sənəd ümumilikdə 12 yol xəritəsindən ibarət idi.

Buna da bax:​ 2000-ə yaxın sosial mənzil tikilməsi gözlənilir

Bunun ardınca maliyyə xidmətlərinin, kənd təsərrüfatının, sahibkarlığın, ixtisaslaşmış turizm sənayesinin və ağır sənayenin inkişafına dair Strateji Yol Xəritəsi» açıqlanıb.

XS
SM
MD
LG