Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:04

Yol polisinə işə düzəlmək üçün 26 min manat...


Manat
Manat

Bakı sakini Elnur Məmmədov oğlunu Dövlət Yol Polisində işə düzəltmək istəyib. Bundan ötrü ondan 26 min pul istənildiyini, o da razılaşaraq istənilən məbləği verdiyini deyir. Amma nə iş düzəlib, nə də pul qayıdıb. İndi də bu məsələ Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Elnur Məmmədovun şikayətindən sonra İlham İsgəndərovOrxan Şaldıyev adlı Bakı sakinləri cinayət məsuliyyətinə cəlb olunub. Onlara CM-nin 178.2.1 (bir qrup şəxs tərəfindən dələduzluq) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham verilib. Amma heç biri həbs olunmayıb. Barələrində istintaq və məhkəmə dövrü üçün polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Buna da bax:​ 'Yol polisinin danişmaq qadağasından sonrakı vəziyyət' [karikatura]

Onlar məhkəmədə ifadələrində özlərini təqsirli biliblər. Elə yanvarın 15-də prokuror da çıxışında deyib ki, məhkəmədə onların təqsiri sübuta yetirilib. Dövlət ittihamçısı onların hər birinin 4 il azadlıqdan məhrum edilməsini istəyib.

Oğlunu işə düzəltmək istəyərkən aldandığını deyən zərərçəkmiş də danışıb. Deyib ki, bu adamların həbs olunmasını istəmir, amma ona dəymiş ziyanın heç olmasa, bir hissəsinin ödənilməsini istəyir: “Mən istəmirəm həbs olunsunlar. Pulumu versinlər, bağışlayım”.

Buna da bax:​ Polis maşınını əzən: 'Bunlar bezdirmişdi məni'

Zərərçəkmiş istintaqa ona dəymiş ziyanın ödənilməsi haqda razılıq ərizəsi təqdim edib. Amma məhkəmədə deyib ki, ziyan ödənilməyib, ona görə də barışıq yoxdur.

E.Məmmədov təqsirləndirilən şəxslərin hərəsindən, heç olmasa, 4 min manat pul istəyir. Söyləyir ki, bundan sonra şikayətçi olmaz.

Məhkəmə davam edir.

XS
SM
MD
LG