Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Yol polisi barədə səsi yayılan sürücü həbs olundu


Yol polisi
Yol polisi

Bir neçə gün öncə sosial şəbəkələrdə paytaxtın Babək prospektində yol polislərinin sürücülərə tələ quraraq onları qayda pozuntusuna vadar etməsi, ardınca avtoxuliqan kimi saxlayıb 500 manata qədər pul tələb etməsi barədə səs yazısı yayılmışdı. Yayılan səs yazısında bu barədə danışan şəxs - Fariz Qasımov noyabrın 30-da həbs olunub.

Məlumatı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov da təsdiqləyib: «Səs yazısında deyilən məsələlər araşdırılıb, məlum olub ki, o şəxs böhtan atır».

V.Əsədov deyib ki, əlində məhkəmə qərarı olmadığına görə F.Qasımovun konkret hansı maddə ilə ittiham olunduğunu bilmir.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, həbs qərarını Xətai Rayon Məhkəməsi çıxarıb. Onun yalan məlumat yaymaqda ittiham olunub 15 sutkalıq inzibati həbsə məhkum edildiyi bildirilir.

Sosial şəbəkələrdə yayılan səs yazısında Xətai Rayon Dövlət Yol Polisi İdarəsinin rəisi Cavanşir Ələkbərovdan bəhs olunur. Səs yazısını yayan şəxs bildirir ki, özü də daxil olmaqla, bir neçə sürücü Babək prospektində hərəkətdə olan zaman qara rəngli, 005 nömrəli «Toyota Camry» markalı avtomobil aşağı sürətlə hərəkət edir, nəticədə arxadan gələn sürücülər əsəbiləşərək onu sağdan ötür. Guya 005 nömrəli maşını C.Ələkbərov özü idarə edir və qarşıda onu ötən sürücüləri yol polisi saxlayaraq maşını cərimə meydançasına aparır. Buna isə rəis özü göstəriş verir: «Saxlayanda 500 manat pul istəyirlər».

V.Əsədov isə bildirir ki, səs yazısında söhbət gedən ərazidə hazırda təmir gedir, onsuz da orada hərəkət sürəti aşağıdır: «Digər tərəfdən, Cavanşir Ələkbərovun 005 nömrəli avtomobili yoxdur. Hazırda idarə etdiyi avtomobil isə başqa modeldir və ağ rəngdədir».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG