Keçmiş sovet şairi Yevqeniy Yevtushenko 85 yaşında vəfat edib. O, bir neçə il əvvəl ağır vəziyyətdə ABŞ-da klinikaya yerləşdirilmişdi. 2015-ci ildə ürəyindən əməliyyat keçirmiş şairə kardiostimulyator qoyulmuşdu. Bu əməliyyata qədər isə onun ayağı amputasiya edilmişdi.
150 kitab müəllifi olanYevqeniy Yevtushenko-nun şeirləri müxtəlif dillərə tərcümə ediıib.
1963-cü ildə o, ədəbiyyat üzrə Nobel mükafatına namizəd kimi göstərilib.
1991-ci ildə Yevtishenko ailəsi ilə birgə ABŞ-a köçmüş, Talsa şəhərinin universitetində çalışmışdı. O, indiyə qədər orda yaşamışdı.
TACC xəbər verir ki, Yevtushenko Moskvada, Peredilkino yazıçılar qəsəbəsində Boris Pasternakın məzarı yaxınlığında dəfn edilməsini istəyib.