Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 03:18

Yevlax kənd məzarlığında muzey


Yevlax rayonunda qəbristanlıqda muzey, yanvar 2017

Yevlax rayonunun Yəldili kənd məzarlığındakı muzeydə Praqa, Kerç, Kiyev, Moskva, Stalinqrad, Sevastopol, Odessa, Novorossiysk şəhərlərindəki qardaşlıq məzarlıqlarından gətirilmiş torpaq nümunələri, yüzlərlə kitab, albomlar, qəzet və jurnallar saxlanılır. (AzərTAC)

Yerli sakinlər buranı beynəlxalq muzey adlandırır.

Muzey 1969-1972-ci illərdə yaradılıb. Muzeyi kənd ziyalısı İlyas Daşdəmirov yaradıb.

Bu haqda Yəldili kəndinin sakini Səttar Pənahlı məlumat verib.

Muzeydəki “Ölməzlik”, “Əbədiyyət”, “Onların həyat yolu” adlı albomlarda İkinci Dünya Müharibəsinə və müharibə zamanı həlak olanlara aid şəkillər, məktublar və sənədlər yer alıb.

Muzey yaradılarkən qəbiristanlıqda geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.Xiyabana çevrilən qəbiristanlıqda müxtəlif dinlərin və millətlərin nümayəndələri dəfn olunub, abidələr inşa edilib.

Yəldili kənd qəbiristanlığı Bakı-Qazax avtomagistralının kənarında yerləşir.

Qəbristanlıqdakı muzey binasının kənardan görünüşü, yanvar 2017
Qəbristanlıqdakı muzey binasının kənardan görünüşü, yanvar 2017

XS
SM
MD
LG