Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:45

Polad Bülbüloğludan "pis işləyən" erməni səfir işdən çıxarıldı


 Dmitry Medvedev və Oleg Yesayan, Moskva 9 Sentyabr 2016
Dmitry Medvedev və Oleg Yesayan, Moskva 9 Sentyabr 2016

Ermənistan prezidenti Serzh Sarkisian martın 10-da Ermənistanın Rusiyadakı səfiri Oleg Yesayan-ı işdən azad edib.

Prezident başqa bir fərmanla bu vəzifəyə Vardan Toganyanı təyin edib.

Bu barədə martın 10-da AzadlıqRadiosunun Ermənistan xidməti məlumat yayıb.

Mənbənin yazdığına görə, rusiyalı jurnalist Vladimir Solavyov bu günlərdə Yerevanda deyib ki,ermənistanlı səfir Oleq Yesayan ötən ilin aprelində Dağlıq Qarabağda gedən döyüşlər zamanı heç nə etməyib, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə həmin dövrdə çox fəal işləyib.

Yesayan isə Tert,am saytına şərhində 1 il ərzində Solavyovun ona qarşı yönəlmiş “monoloquna” məhəl qoymadığını deyib və jurnalisti açıq-aydın yalan danışmaqda günahlandırıb.

“Vestnik Kavkaza” saytı isə bu aradaTert.am-a istinadla yazır ki, yeni səfir Vardan Toganyanın adı ofşor hesablar və şirkətlərlə bağlı “Panama sənədləri”ndə hallanır.

Həmçinin Ermənistanın kütləvi informasiya vasitələri yazır ki,Toganyan 2014-cü ildə almaz istehsalı ilə məşğul olan “Şoqakn” şirkətinin səhmdarı olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG