Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

‘Sürşümə sahəsində villa sahibləri çağırışlara məhəl qoymur’-media icmalı


Hacıbala Abutalıbov, Bakı, 2013
Hacıbala Abutalıbov, Bakı, 2013

Prezidentin Türkmənistan səfəri, Badamdar sürüşmə zonasının gələcək taleyi, mişar daşının bahalaşma və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Baş nazirin müavini: “ Sürüşmə sahəsində evlər söküləck...”

“Modern.az” saytında “Hacıbala Abutalıbov: “Biz o evləri sökəcəyik, siz də buna şahid olacaqsınız-özəl” sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, oktyabrın 12-dən Badamdar şossesində sürüşmələr yenidən baş verir, indi də davam etməkdədir.

Müəllif vurğulayır ki, bu ərazidə görülən işlər barədə baş nazirin müavini Hacıbala Abutalıbov sayta açıqlama verib.

Yazıda qeyd edilməsinə görə, H.Abutalıbov vurğulayıb ki, bu sahədə hökumətin Yaponiyadan Azərbaycana dəvət etdikləri mütəxəssislərin araşdırmaları davam edir:

“Yapon mütəxəssisləri araşdırma apardıqdan sonra belə qənaətə gəliblər ki, sürüşmə sahəsi genişlənməlidir. Artıq yaponlar Fövqəladə Hallar Nazirliyilə (FHN) müqavilə bağlayıblar. Belə nəticəyə gəliblər ki, alınan avadanlıqlar 5 istiqamətdə qurulmalı və 4 ay ərzində işləməlidir. 4 aydan sonra araşdırmaların nəticəsi olaraq, hazırlanan layihə FHN-ə veriləcək. FHN layihəni ekspertiza edib təsdiqlədikdən sonra ərazidə işlərə başlanacaq, işlər 2019-cu il iylun 1-də tam yekunlaşacaq”.

Baş nazirin müavini ərazidəki evlərin mütləq şəkildə söküləcəyini deyir.

“Çünki sürüşmə sahəsi 2 dəfə böyüyür. Mütəxəssislərin gəldiyi nəticədə biz gördüyümüz sahədən iki dəfə böyük sahə yaranacaq. Onlar bu gün də o qənaətdədirlər ki, evlər sökülməlidir”, saytda yazılanlara görə, baş nazirin müavini vurğulayıb

H.Abutalıbov mütəxəssislərə istinadən belə bir xəbərdarlıq da edib ki, ərazidə böyük sürüşmələr gözlənilir:

“Dünən də (noyabrın 23-də- red) bunun əyani şahidi olduq. Belə ki, evlərdən birinin yanında dayanan böyük daş kütləsi sürüşdü. Xoşbəxtlikdən ortada dayanıb, amma sürüşəcək, o biri daşlar da sürüşəcək”.

Baş nazirin müavini bu ərazidəki evlərdə yaşamağın təhlükəli oldğunu, bunun qarşısını almaqdan ötrü yaxın 2-3 gün ərzində orada polis məntəqələrinin yaradılacağını bildirib: “Ərazidəki villa sahibləri çağırışlara məhəl qoymayaraq, yaşamağa davam edir. Kim ki, verdiyimiz qərarı pozur, özü cavabdeh olacaq...”.

Mişar daşı bahalaşıb

Daş karxanası,1 sentyabr 2014
Daş karxanası,1 sentyabr 2014

“Yeni Müsavat” qəzetində isə “Kubik bahalaşdı-səbəb həbslərdir, yoxsa…” sərlövhəli yazı yer alır .

Yazıda bildirilir ki, tikinti bazarında mişar daşları bahalaşıb və bunun səbəbi tisadçı-ekspet Natiq Cəfərli ilə müzakirə edilib.

Müəllif iddia edir ki, son günlər ölkənin tikinti bazarında bəzi materiallarının qiyməti, xüsusilə də mişar daşı (kubik) bahalaşıb.

Yazıda vurğulanır ki, hazırda Qaradağ daşının qiyməti 45-47 qəpikdir.

Müəllifin qeyd etməsinə görə, daş bazarında çalışanlar bildirib ki, bahalaşmaya son zamanlar karxanalara qarşı atılan addımlar da təsir göstərib, bəzi işbazlar prosesdən istifadə edib, qiymətləri qaldırıblar.

Yazıda habelə vurğulanmasına görə, bəzi ekspertlər isə bunu 2015-ci illə müqayisədə tikinti sektorunda aktivliklə əlaqələndirirlər.

Yazıda o da xatırlınır ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi daş karxanaları ilə bağlı 7 cinayət işi başlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı ətrafında 208 daş karxanasında monitorinq aparıblar, monitorinqlər bitəndən sonra 105 akt tərtib edib prokurorluğa göndərilib.

Ekspert N.Cəfərli isə qəzetə bunları deyib:

“Son zamanlar karxanaların kütləvi şəkildə bağlanması, bazara çıxarılan daşın həcmində azalmaya səbəb olub. Bu, artıq faktdır, ona görə də qiymətlərdə müəyyən artım müşahidə edilir. Bu işlə məşğul olanlar bəzi karxanaların bağlanmasını fürsətə çevirib, qiymətləri süni şəkildə qaldırmaqda da maraqlıdırlar. Karxanaların bağlanması da buna rəvac verir”.

N.Cəfərli deyir ki, mişar (kubik) daşlarından ən çox fərdi yaşayış evlərinin və müxtəlif dövlət layihələrinin tikintisində istifadə olunur.

Prezidentin Türkmənistan səfəri

İlham Əliyev və Gurbanguly Berdimuhamedov, Türkmənistan, 22 noyabr 2018
İlham Əliyev və Gurbanguly Berdimuhamedov, Türkmənistan, 22 noyabr 2018

“Azərbaycan” qəzetində isə “Strateji tərəfdaşlığın yeni zirvəsi” sərlövhəli yazı dərc edilib.

Yazıda prezident İlham Əliyevin bu günlər Türkmənistana gerçəklşən səfərindən bəhs edilir. Müəllif girişdə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan dövlət başçısı İlham Əliyevlə görüşündəki çıxışından sitat təqdim edir:

"Apardığımız danışıqlar həqiqətən qarşılıqlı hörmət, qarşılıqlı etimad, mehriban qonşuluq ruhunda keçdi, bizim dostluq tellərimizi bir daha nümayiş etdirdi. Səhv etmirəmsə, Azərbaycanın böyük şairi Füzuli deyib ki, düz yol ilə gedən insana dostu həmişə kömək edər. Bu kəlam bir daha sübut edir ki, bu gün biz həqiqətən öz milli ənənələrimiz və xüsusiyyətlərimizlə mənəvi cəhətdən dəyərliyik”.

Müəllif yazır ki, dünyanın siyasi arenasında yerini və çəkisini möhkəmləndirən müstəqil Azərbaycan əksər dövlətlərlə münasibətlərini inkişaf etdirməkdədir. Yazıda vurğulandığına görə, tam müstəqil xarici siyasət həyata keçirən prezident İlham Əliyevin uğurlu diplomatiyası ilə Azərbaycan əksər dövlətlərin Cənubi Qafqaz regionundakı ən etibarlı tərəfdaşı hesab olunur.

Yazıda daha sonra prezidentin Türkmənistan səfərinə aid bəzi məqamlara toxunulur. Nəqliyyat, tranzit, logistika və bir sira sahələrdə əməkdaşlığın gücləndirilməsindən bəhs edilir. Bu səfərdən də bir neçə gün öncə Azərbaycan dövlət başçısının Belarusda olduğunu xatırladan müəllif sonda da yazır:

“ Bir həftə ərzində Azərbaycanın Belarus və Türkmənistanla 30 mühüm saziş imzalaması İlham Əliyevin uğurlu xarici diplomatiyasının real təcəssümüdür”

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG