Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

'Rüsumun 4 dəfədən 30 dəfəyə kimi artırılması...'- media icamalı


Arxiv foto
Arxiv foto

Ölkədə sənayeləşmə, Əmanətlərin Sığortalanması Fondunun problemləri, ölkəyə gətirilən mobil cehazların dövlət qeydiyyatına alınması ilə bağlı rüsumların artırılması və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Əmanətlərin Sığortalanması Fondunun problemləri

“Modern.az” saytında “Əmanətlərin Sığortalanması Fondu müflis olmaq üzrədir” sərlövhəli yazı oxumaq olar.

Müəllif Fondun fəlaiyyətini iqtsadşı-ekspert Natiq Cəfərl ilə müzakirə edib.

Ekspert deyib ki, Fond problemlər yaşayır, ən böyk problem isə maliyyə resurslarının olmamasıdır. Onun fikrincə, əvvəlki illərdə də yığılmış vəsait çox cüzi olub.

N.Cəfərli habelə bildirib ki, son illərdə bankların bir-birinin ardıncabağlanması Fondda vəsaitlərinin tamamilə tükənməsinə səbəb olub:

“Məcburən Mərkəzi Bankdan 500 milyon manat kredit ayrıldı. Məlumdur ki, Fond həmin krediti qaytarmaq gücündə deyil. Çünki yaxın vaxtlarda Fondun bu kreditləri qaytarmaq üçün gəlirlərinin olması gözlənilmir”.

Mərkəzi Bank
Mərkəzi Bank

​N.Cəfərli deyib ki, xarici ölkələrdə belə qurumlar həm qiymətli kağızlar, həm də daşınmaz əmlak bazarında aktivdirlər. İqtisadçının fikrincə, üstəlik, onlar əldə etdikləri gəlirin bir qismini maliyyə sabitliyinə xərcləyir, vətəndaşların depozit problemi yaranarkən onu həll etməyə çalışırlar.

Ekspert vurğulayıb ki, Azərbaycanda belə bir mexanizm yoxdur, Fond çox bəsit fəaliyyət növüylə məşğuldur:

“Banklardan üzvlük haqqı yığırlar. Əmanətlərin sığortalanması ilə bağlı əlavə vəsait toplayırlar ki, bu da çox cüzi məbləğdir. Fondda vəsait onsuz da azdır, bir neçə bank bağlansa, tamamilə müflis duruma düşəcək”.

N.Cəfərli deyib ki, Fondun fəaliyyət sistemində dəyişikliklər baş verməsə, rəhbər şəxsin kimliyindən asılı olmayaraq, qurm problem yaşaycaq.

“İstehlakçının zərərinə...”

Eyyub Hüseynov, Bakı, 29 iyul 2009
Eyyub Hüseynov, Bakı, 29 iyul 2009

“Bizimyol.info“ saytında “İqtisadiyyat nazirliyində 145 ştat var, 9 mərtəbəli binada oturub havayı pul alırlar” sərlövhəli yazı yer alır

Müəllif xatırladıb ki, Nazirlər Kabinetinin bu il 31 iyul tarixli qərarı ilə mobil telefonların dövlət qeydiyyatı rüsumları minimum 4, maksimum isə 30 dəfə qaldırılıb. Bu qərara qədər ölkəyə gətiriləm mobil cehazların qeydiyyatı cəmi 5 manat olub. İndi bu onların qiymətindən asılı olaraq 20-150 manat arasında dəyişir.

Yazıda bu qərar Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovla dəyərləndirilib.

E. Hüseynov sayta şərhində deyib ki, bu qərar BMT-nin istehlakçıların mallara və xidmətlərə ələ çatımlılığına dair sənədi ilə ziddiyyət təşkil edir:

“Düşünürəm ki, dövlət ciddi hərəkət etməli və qiymətlər aşağı salınmalıdır”.

Birlik rəhbəri deyib ki, bu məsələ ictimaiyyəti narahat edən məsələdir:

“Bu gün bizə bu məsələ ilə bağlı 8 zəng daxil olub. Bunu belə anlamaq olar ki, hökumət mobil və ya bahalı telefonlardan istifadənin miqdarının aşağı düşməsini istəyir”.

AİB sədri hesab edir ki, hökumət bu qərara ciddi dəyişiklik etməlidir:

“Prezident ölkədə monopoliya olduğunu dəfələrlə dilə gətirsə və dövlət qurumlarına bu barədə tapşırıqlar versə də ölkədə antimonopoliya işləmir, bazarda baş verənlər istehlakçıların zərərinə dəyişir. İstehlakçı hüquqlarını qoruyan dövlət orqanları susublar və yox dərəcəsindədir”.

Azərbaycanda Sənaye Parkları

“Azərbaycan” qəzetində “Azərbaycan sənayesinin təntənəsi” sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, dünya ölkələrinin çoxunda olduğu kimi Azərbaycanda da sənayeləşmə iqtisadi siyasətin prioritetindən biridir və bu sahədə ölkə zəngin ənənələrə malikdir.

Sumqayıt şəhəri, Kimya sənaye parkı
Sumqayıt şəhəri, Kimya sənaye parkı

Yazıda vurğulanıb ki, son illərdəki uğurlu siyasət iqtisadiyyatın sənayeləşməsini daha da sürətləndirib:

“Hazırda uğurla həyata keçirilən sənayeləşmə siyasətinə uyğun istehsal, emal müəssisələrinin, sənaye parkları və məhəllələrinin yaradılması davam edir. Azərbaycanda mövcud olan sərmayə yatırımı mühiti yerli və xarici investorlar üçün əlverişli şərait yaradır. Bunun nəticəsidir ki, son 15 il ərzində Azərbaycana 250 milyard dollara yaxın sərmayə qoyulub”.

Müəllif belə müssisələrdən biri kimi “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən və iyulun 18-də Sumqayıt Kimya Sənaye Parkının ərazisində dövlət başçısı İlham Əliyevin iştirakı ilə açılışı olan polipropilen zavodunu göstərir. Yazıda bu müəssisənin fəaliyyəti haqda dəyərləndirmə apararkən dövlət baçısının çıxışından sitat gətirilib:

“Deyə bilərəm ki, Azərbaycanın müasir tarixində bu ölçüdə və bu səviyyədə sənaye müəssisəsi tikilməyib. Düzdür, bizim neft-qaz sektorunda böyük inşaat işlərimiz həyata keçirilib - böyük platformalar, qazma qurğuları, ancaq qeyri-neft sektorunda bu, ən böyük sənaye müəssisəsidir və ən son texnologiyalara malik olan müəssisədir”.

Yazıda vurğulanır ki, orada ildə 19 növ olmaqla 184 min ton polipropilen və 12 növ olmaqla 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək.İldə 300 min ton istehsal olunacaq məhsulun 70 faizinin xarici bazarlara ixrac olunması gözlənilir.

Yazıda qeyd edilib ki,17 sahibkarlıq subyektinə rezident statusunun verildiyi Sumqayıt Kimya Sənaye Parkına ümumilikdə 2 milyard dollardan çox investisiya yatırılıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG