Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:04

'Büdcə dəyişiklikləri ictimaiyyətə təqdim edilmədi'-media icmalı


Azərbaycan parlamenti, 4 may 2011
Azərbaycan parlamenti, 4 may 2011

Türkiyədə seçkilər, Azərbaycanda dövlət büdcəsinə dəyişikliklər layihəsi, qeyri neft sektorunda vəziyyət vəı başqa məsələlər medianın aparıcı mövzularındandır...

“Boş qalanda yerlər...”

“Azadlıqinfo” saytında “Boş qalan yerlər…” sərlövhəli yazı yer alır.

Müəllif dünən, iyunun 24-də Türkiyədə keçirilmiş prezident və parlament seçkiləri fonunda Azərbaycandakı durumu dəyərləndirir.

Yazıda vurğulanır ki, hədəf Türkiyədəki seçkiləri analiz etmək yox, bunun fonunda Azərbaycan barədə düşüncələri bölüşməkdir. Yazı seçki prosesindəki bəzi məqamları qabardır və səsvermədən öncə ərsəyə gəlib:

“Milyonlarla insan “bunlar yeyib doymuşdu, gələn ac olacaq”, “şükr ki, sabitlik var”, “başımı aşağı salım, işimi görüm” demədiyi üçün, Türkiyədəki seçki prosesi möhtəşəmdi. Mövcud hakimiyyəti dəstəkləyənlər də, müxalifətin namizədinə dəstək olanlar da meydandadı...”

Müəllif daha sonra Azərbaycandakı vəziyyətə toxunur.Yazıda vurğulanır ki, ölkədə demokratik mübarizədən çəkinən insanlar çoxsaylı bəhanələrin arxasına sığınıblar:

Türkiyə, M.İNce terefdarlarının mitinqi, Ankara, 22 iyun 2018
Türkiyə, M.İNce terefdarlarının mitinqi, Ankara, 22 iyun 2018

“Baxıram, Ərdoğanın, İncənin, Akşenerin canlı yayımlarına xeyli sayda həmvətənimiz keşik çəkir. Vətəndaşlarımız həqiqi seçkiyə, xalq həmrəyliyinin əyani nümunəsinə təşnədir. Azərbaycanlılar Ərdoğanın, İncənin, Akşenerin mitinqlərindəki insan sayından danışırlar, müqayisə aparırlar. Amma xəbərləri yoxdur ki, öz ölkələrində öz yerləri boş qalıb. İnamsızlıq, ümidsizlik, qorxu özünə elə yer edib ki, vətəndaş olmalı olduğu yeri unudub”

Müəllif hesab edir ki, hər kəs öz yerini boş saxlayanda, ölkə neqativlərlə dolmağa məhkum olur.

“Neft əsirliyində”

“Novoye Vremya” qəzetində “Neft əsirliyində” sərlövhəli yazı oxumaq olar.

Müəllif 2018-ci il dövlət büdcəsinə dəyişiklikər layihəsi fonunda hesab edir ki, Azərbaycanın neftdən aslılığı davam edir.

Yazıda daha sonra büdcə şəffalığı mövzusuna toxunulur.Müəllif vurğulayır ki, bu sahədə Azərbaycanın beynəlxalq reytinqi getdikcə azalmaqdadır.

Müəllifin firincə, 2018-ci il dövlət büdcəsinə dəyişikliklər layihəsi də ictimai müzakirələrdən kənarda qalıb:

“Məlum oldu ki, 2018-ci il büdcəsinə dəyişikliklərlə bağlı parlamentə düzəlişlər layihəsi göndərilib və bununla bağlı öncədən hər hansı ilkin elan, müzakirə və ya ictimaiyyətə təqdimat olmayıb. Başqa sözlə, hökumət bir daha təsdiq etdi ki, beynəlxalq reytinq strukturları haqlıdırlar”.

Müəllif hesab edir ki, ilkin olaraq hökumət ilin ortasında büdcəyə yenidən baxılması zərurətini əsaslandırmalıdır və layihə müəlliflərinin göstərdiyi bəzi səbəblər əsaslandırma yox, ancaq gəlişi gözəl sözlərdir.

Yazıda qeyd edilir ki, yeni büdcədə neftin qiyməti 55 dollardan (cari büdəcdə 45 dollar) götürülür, gəlirlər 22,11 milyard, xərclər 23,06 milyard olur. Bu təqribən 2 milyard manat artım deməkdir.

Azərbaycan, Xəzər dənizində neft platforması, 2005
Azərbaycan, Xəzər dənizində neft platforması, 2005

Yazıda habelə, vurğulanır ki, bunun da 1milyard manatı SOCAR, “Azərenerji” Açıq Səhimdar Cəmiyyəti kimi qurumlara veriləcək.

Müəllfin bildirməsinə görə, layihədə dövlət rüsumlarının 26,8 faiz artırılması nəzərdə tutulur. Bu isə yazıda vurğulandığına görə, mobil telefonun, alkoqolun, tütünün, avtomobilin bahalşacağı anlamına gəlir.

Müəllif hesab edir ki, ölkə iqtisadiyyatı yenidən neft sketorunun “əsiri” olacaq.

“Qeyri-neft erası başlanıb”

“Azərbaycan” qəzetində isə “Azərbaycan statusunu dəyişir” sərlövhəli yazı dərc edilib. Bu yazının müəllifi isə əksinə hesab edir ki, ölkədə “neft erası” bitməkdədir:

“Birinci ona görə ki, iqtisadiyyatın neft üzərində köklənməsinin etibarsız olduğunu keçmiş və müasir tarix dəfələrlə sübut edib. İkincisi, Azərbaycan bu amildən vaxtında dərs götürərək qeyri-neft sektorunun inkişafı üçün görülən tədbirlər hesabına neftə köməkçi vasitə kimi stavka etməyə başlayıb”.

Yazıda iddia olunur ki, bu yanaşma nəticəsində bir vaxtlar ən adi ərzaq və sənaye mallarını idxal edən Azərbaycan indi bu anormal vəziyyəti sürətlə aradan qaldırır, hətta ilbəil deyil, aybaay öz ixrac çeşid və həcmini artırır:

Pambıq, Saatlı rayonu, 9 oktyabr 2016
Pambıq, Saatlı rayonu, 9 oktyabr 2016

“Azərbaycan dünya birjalarında təkcə neft-qaz ixracatçısı kimi çıxış etmir. Hazırda ölkəmizin ixracatının sırasında elektrik enerjisi, tikinti materialları, mebel, pambıq lifi, ipliyi, kimya sənayesi, kənd təsərrüfatı məhsulları, alkoqollu, alkoqolsuz içkilər, bitki yağları, meyvə, tərəvəz konservləri, alüminium, qara metaldan hazırlanmış məmulatlar və s. kimi mallar var”.

Yazıda vurğulanır ki, Azərbaycanın ixrac coğrafiyası da kifayət qədər genişdir. Hazırda “Made in Azerbaijan” brendilə dünyanın 94 ölkəsinə məhsul göndərilir.
Müəllif yazıb ki, Azərbaycan indi xarici ticarətdə müsbət saldoya malik ölkələrdən biridir:

“Son məlumatlara görə, bu ilin 4 ayı ərzində Azərbaycan 6,2 milyard dollarlıqdan çox məhsul ixrac edib. Bu, 3,06 milyard dollarlıq idxalın fonunda baş verib. Nəticədə 3,2 milyard dollarlıqdan artıq müsbət ticarət saldosu yaranıb. Bu da hazırkı dövr və Azərbaycan kimi kiçik ölkə üçün diqqət çəkən göstəricidir”.

XS
SM
MD
LG