Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:26

'Bakıda yeni mübahisəli söküntülər'-media icmalı


Bakı "Sovetski", 23 dekabr 2012, Cahangir Yusif
Bakı "Sovetski", 23 dekabr 2012, Cahangir Yusif

Dövlət başçısının bölgələrə səfərləri, Azərbaycanın bəzi təcarət tərəfdaşlarına ABŞ-ın sanksiyalarının bölgəyə mümkün təsirləri, Bakıda yenidən mübahisəli söküntülər və başqa məsələlər medianın aparıcı mövzularındandır...

“Bu, tamamilə dövlətçilik ənənələrinin kökündən çeynənməsi deməkdir”

“ Müsavat.com” saytında “Bakıda söküntü skandalı - istintaqa cəlb olunanların siyahısı böyüyə bilər” sərlövhəli yazı dərc edilib.

Buna da bax: Xəzər çimərlikləri belə hasarlanır - [fotolar]

Yazıda bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini təyin olunan Eldar Əzizov fəaliyyətinə paytaxt ərazisində söküntülərlə başlayıb.
“ İcra hakimiyyəti Bakının yol kənarlarında, keçidlərdə, səkilərdə qeyri-qanuni tikilmiş və sakinlərin gediş-gəlişinə mane olan obyektlərin siyahısını hazırlayır. Tezliklə həmin obyektlərin söküntüsünə başlanacaq. Bildirilir ki, bu obyektlər qeyri-qanunidir və tikintini aparan sahibkarlar, Bakı Şəhər İcra Hakimiyyətindən və yaxud da yerli icra orqanlarından müvafiq icazəni almayıb, onlara bu barədə məlumat verməyiblər. Həmçinin qeyd olunur ki, bu obyektlərin heç bir sənədləri yerində deyil, ona görə də sökülməlidir”, deyə yazıda vurğulanır.

Yazıda habelə qeyd edilir ki, artıq bəzi obyektlərin söküntüsünə başlanıb.

Natiq Cəfərli
Natiq Cəfərli

Sayta danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, bu məsələlərdə hüquqi kazus yaranır. Onun fikrincə, qeyri-qanuni sərəncam anlayışı ancaq məhkəmə yolu ilə müəyyənləşdirilə bilər.

İqtisadçı hesab edir ki, üstəlik, sərəncam qanunsuz verilbsə, onu verən şəxs də dərhal məsuliyyətə cəlb olunmalıdır:
“Azərbaycanda icra hakimiyyəti orqanlarında çox qəribə bir tendensiya var. İstər bölgələrdə, istərsə də Bakıda yeni təyin olunmuş icra başçısı özündən öncəki sərəncamları qeyri-qanuni elan edir... Bu, tamamilə dövlətçilik ənənələrinin kökündən çeynənməsi deməkdir. Çünki o sərəncama vurulan möhür dövlətindir, şəxsin deyil. Bakı şəhərində son zamanlar baş verən söküntülər isə heç bir məhkəmə qərarı olmadan aparılır”

“ABŞ sanksiyları və Azərbaycan idxalı”

Arxiv foto
Arxiv foto

“Qafqazinfo.az” saytında “Başımızın bəlası...” sərlövhəli yazı oxumaq olar.

Müəllif Azərbaycanın əsas ticarət tərəfdaşları olan Türkiyə, Rusiya və İrana ABŞ-ın sanksyalarının bölgəyə mümkün təsirlərini təhlil edib.

Yazıda bildirilir ki, Azərbaycana idxalın 31 faizi Rusiya və Türkiyənin payına düşür. Hazırda bu iki ölkənin milli valyutaları ABŞ-ın sanksiyaları ilə bağlı dəyər itirməkdədir:

“Nəticədə, bu ölkələrdə malın qiyməti valyuta ilə nisbətən aşağ olduğu üçün onlardan mal idxal etmək Azərbaycan üçün əlverişlidir. Elə 2018-ci ilin ilk yarısında idxal keçən il ilə müqayisədə 37 faiz artıb. Amma ixrac da azalma təhlükəsi ilə üzləşir”.

Müəllif hesab edir ki, idxalın artması isə ölkə daxilində manata əlavə təzyiqlər yaradır.

Yazıda habelə ABŞ-Çin iqtisadi gərginlikləri də diqqətdə saxlanır.
Müəllif vurğulayıb ki, 2018-ci ilin ilk yarısında Azərbaycan Çinə 23,9 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib:
“Çin həm də Azərbaycanın tranzit mərkəzinə çevrilməsi üçün lazım olan yüklərin əsas mənbəyidir. Nəinki Azərbaycan, digər region ölkələri də Çindən Avropaya daşınan yüklərin öz ərazisindən keçməsinə nail olmağa çalışır. ABŞ-ın Çinlə ticarət savaşı daha da kəskinləşərsə, Asiya nəhəngi ciddi zərər görə bilər. Bu isə yükdaşımaların həcmində kəskin azalma, eyni zamanda region ölkələrinin ona olan ümidlərinin boşa çıxması demək olar”.

Dövlət başçısının bölgələrə səfərləri

İlham Əliyev və Mehriban Əliyeva
İlham Əliyev və Mehriban Əliyeva

“Azərbaycan” qəzetində isə “Dövlət başçısının bölgələrə səfərləri yeni sosial-iqtisadi obyektlərin tikintisini sürətləndirir” sərlövhəli yazı yer alır.

Müəllif yazıb ki, həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri də ölkənin hərtərəfli inkişafına nail olmaqdır.

Yazıda vurğulandığına görə, regionların sosial-iqtisadi inkişafı məqsədi ilə üç dövlət proqramı qəbul olunub, onlardan iksi icra edilib, üçüncü isə yerinə yetirilməkdədir.

Müəllif hesab edir ki, son 15 ildə regionların sosial-iqtisadi inişafında mühüm irəliləyişlər əldə edilib:
“Dövlət başçısı bölgələrin sosial-iqtisadi inkişafına xüsusi əhəmiyyət verir. Bu məqsədlə regionlara tez-tez səfərlərə çıxmaqla yeni müəssisələrin açılışında və təməlqoyma mərasimlərində iştirak edir, hər rayonda mövcud problemin yerində həlli üçün sərəncamlar verir”.

Daha sonra yazıda prezident İlham Əliyevin avqustun 25-26-da İsmayıllı və Şamaxı rayonlarına səfərlərindən bəhs edilir.

Müəllif vurğulayıb ki, dövlət başçıs Şamaxı rayonunda üzümçülük, şərabçılıq, İsmayıllı rayonunda isə heyvandarlıq kompleksinin açılışında iştirak edib. Yazında İsmayıllı rayonunda aqroparkın yaradılması da mühüm hadisə kimi dəyərləndirilir:

“ Aqrar sektorun inkişafında müxtəlif növ sahibkarlıq fəaliyyətindən istifadə edilir. Yəni, kənd təsərrüfatında kiçik, orta və iri fermer təsərrüfatları ilə yanaşı, müasir dövrün tələblərinə cavab verən aqroparklar da yaradılır. Aqroparklar müasir texnika və texnologiyalardan, eləcə də elmin son nailiyyətlərindən istifadə etməklə yüksək məhsuldarlığa nail olurlar. Buna görə də son dövrlər ölkəmizdə aqroparkların yaradılması istiqamətində mühüm addımlar atılır”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG