Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

2019-cu il qorxusu-media icmalı


2019
2019

Başa çatmaqda olan 2018-ci ilin dəyərləndirilməsi, 2019-cu ildən gözləntilər, neftin ucuzlaşmasının manata mümkün təsirləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

2019-dan gözləntilər

“Yeni Müsavat” qəzetində Cəmiyyət 2019-cu ildən niyə qorxur”

sərlövhəli yazı oxumaq olar.

Müəllif yazır ki, Yeni ilin hansı sürprizlərlə gələcəyi, əhalinin sosial-iqtisadi həyatında hansı dəyişikliklərin olacağı indi hamını düşündürür.

Yazıda vurğulandığına görə, 2018-ci ildə əsası qoyulan bir sıra proseslər var ki, onlar 2019-cu ildən etibarən xeyli sayda insanların iş həyatında dəyişikliklərə gətirib çıxaracaq. Müəllif bu sırada, artıq dövlət başçısının təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliklərin adını çəkir. Yazıda iddia olunur ki, bu dəyişikliklədən 500 mindən çox insanın faydalanacağı, sahibkarların işçilərə görə əməkhaqqından sosial sığorta ödənişinin azalacağı gözlənir.

Müəllifin qeyd etməsinə görə, amma bu dəyişikliklərdən məyus olanlar da az deyil.

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərli “Yeni Müsavat”a deyib ki, hökumətin qəbul etdiyi qərarlar yeni ildən bir neçə istiqamət üzrə bahalaşmaya səbəb ola bilər:

“Yanvarın 1-dən ölkədə aksiz vergilərinin kəskin artırılması ilə bağlı qərar qüvvəyə minəcək. Bu isə həm avtomobillərin, həm də tütün məmulatları və alkoqollu içkilərin qiymətində ciddi artımlara gətirib çıxaracaq. Bildiyiniz kimi, Azərbaycanda yerli alkoqollu içkilər, xüsusilə də araq istehsalının böyük bir hissəsi xaricdən, əsasən də Ukraynadan gətirilən xammal hesabına həyata keçirilir. Yeni ildən spirt idxalına aksiz vergisinin artırılması yerli araqların qiymətində xeyli bahalaşmaya səbəb olacaq”.

Ekspert deyib ki, yeni ildən idxal olunacaq avtobuslar üzrə də aksiz vergisi artırılır. O, bəzi başqa məhsulların da qiymətlərinin bahalaşacağını mümkün sayır:

“ Bu, xüsusilə də dizel yanacağı ilə bağlıdır. Uzun zamandır ölkədə dizel yanacağı ( litri 60 qəpik) ilə Aİ-92 markalı benzinin ( 90 qəpik) qiyməti arasında qiymət fərqi yüksək olaraq qalır. Dünyada belə ciddi fərqin olduğu ölkələr nadir olur. Bu fərqin azaldılması istiqamətində müəyyən addımların atılması gözləniləndir”.

“Devalvasiya məsələsi gündəmdə olmamalıdır”

“Bakupost.az” saytında “Neftin qiyməti düşür, manatın taleyi necə olacaq? – proqnoz” sərlövəhli yazı yer alır.

Rövşən Ağayev, 2014
Rövşən Ağayev, 2014

Yazıda dünya neft bazarında qiymətin 55 dollara qədər enməsi və bunun Azərbaycana mümkün təsiri barədə iqtisadçı-ekspert Rövşən Ağayev-lə sögbətləşilib.

R.Ağayev hesab edir ki, neftin dünya bazarındakı hazırkı qiyməti manatın sabitliyinə təminat verir:

“Ancaq neftin 1 barelinin qiymətinin 50 dollardan aşağı düşməsi ümumiyyətlə, manat üçün makroiqtisadi risk yaradır”.

İqtisadçı 2019-cu ildə yumşaq devalvasiya olacağı yönündə proqnozlarla da razılaşmır:

“Mən hələ ki, yumşaq devalvasiya gözləmirəm. Bir iqtisadçı kimi ümumiyyətlə, neftin qiyməti 50 dollardan aşağı düşməyənə qədər devalvasiya məsələsini müzakirə etmək istəmirəm. Bir ölkədə ki, üçüncü rübün nəticəsinə görə, tədiyyə balansının müsbət saldosu 5 milyard dollardır, tədiyyə balansında 3-5 milyard dollar müsbət saldo olan ölkələrdə devalvasiya məsələsi gündəmdə olmamalıdır”.

Ekspert deyir ki, qonşu ölkələrin valyutasının ucuzlaşmasının da manatın məzənnəsinə təsiri minimumdur. Onun fikrincə manatn məzənnəsinə neftin qiyməti daha ciddi təsir göstərir.

Mərkəzi Bank
Mərkəzi Bank

R.Ağayev deyib ki, Mərkəzi Bank inflyasiyanı dayandıran, qiymət sabitliyini təmin edən səas qurumdur, bundan ötrü sərt pul-kredit siyasətinə üstünük verir:

“. Amma düşünürəm ki, artıq hökumət Mərkəzi Bankın inflyasiyanın hədəflənməsindən iqtisadi artımın hədəflənməsi siyasətinə keçidini təmin etməlidir. Tədricən yaxın 2-3 ildə Mərkəzi Bank inflyasiyanın hədəflənməsini deyil, iqtisadi artımın hədəflənməsini əsas götürməlidir. Bu gün Azərbaycanda iqtisadi artım ən aşağı həddə qədər düşüb”.

Ekspert xatırladıb ki, bu il iqtisadi artım cəmi 1 faiz göstərilir.

11 ayın göstəriciləri …

“ Azərbaycan” qəzetində dərc ediliən “ Yeni ilin 1 addımlığında” sərlövhəli yazıda isə ölkədə iqtisadi vəziyyət və əhalinin sosial vəziyyəti bir qədər fərqli dəyərləndirilib.

Bakı, 19 iyun 2015
Bakı, 19 iyun 2015

Müəllifin yazmasına görə, qeyri-neft məhsullarının istehsalında, ixracında və əhalinin qazancında ciddi artım var.

Müəllif vurğulayıb ki, hələ 12 ayınn statistikası bəlli olmasa da bəzi sahələr üzrə dəyərləndirmə aprmaq olar:

“11 ay ərzində ölkə üzrə 72 milyard 432,1 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. Bu isə ötən ilin eyni dövründəkindən 1 faiz çoxdur. 11 ayda ÜDM istehsalı iqtisadiyyatın qeyri-neft sektorunda 1,3, neft sektorunda 0,3 faiz artmışdır”

Yazıda Dövlət Statistika Komitəsinə istinadən həmçinin bildirilir ki, əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi 7378,5 manat olub:

Manat və dollar, 15 yanvar 2016
Manat və dollar, 15 yanvar 2016

“11 ay ərzində ölkədə 44 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1,4 faiz çoxdur. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9,1, neft sektorunda 0,3 faiz artmışdır”

Yazıda habelə iddia edilib ki, ölkənin ümumi inkişafı nəqliyyat, informasiya və rabitə sektorlarının fəaliyyətində də hiss olunur:

“ Belə ki, 11 ay ərzində ölkə üzrə 209,5 milyon ton yük və 1,8 milyard nəfərdən çox sərnişin daşınmışdır ki, bu da ötən ilin eyni dövründəkindən müvafiq olaraq 1,5 və 1,4 faiz çoxdur…”

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG