Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:22

Bank sistemi bu səbəbdən çökə bilər


Azərbaycan manatı və ABŞ dolları,15 yanvar 2016
Azərbaycan manatı və ABŞ dolları,15 yanvar 2016

“Bank sistemi şökə bilər”

“Exo” qəzeti “Azərbaycanın bank sistemi vaxtı keşmiş kreditlər üzündən çökə bilər” sərlövəhli məqalədə ölkənin bank sisteminun durumunu ekspert Oktay Haqverdiyevlə müzakirə edib.

“Əgər hökumət vaxtı keçmiş kreditlər məsələsinə ciddi yanaşmasa, ölkənin bank sistemi çökə bilər, belə ki, kredit resursları olmasa banklar fəlaiyyət göstərə bilməyəcək”. Ekspert bu sahədəki durumu qəzetə belə şərh edir.

O deyir ki, ölkədə vaxtı keçmiş kreditlərin 70 faizi hüquqi şəxslərə aiddir:

“Bu məsələdə hökumətin borclu olanlarla bağlı məlumatları açıqlamaması narahatedicidir. Mən inanıram ki, bunların çoxu hüquqi şəxslərdir , sıravi vətəndaşlar deyil. Kreditlərin 70%-dən çoxu da onlara aiddir. Hökumət bunu bilir, amma heç nə edə bilmir. Onların arasında kreditləri təyinatı üzrə işlətməyən və xaricə çıxaran fırıldaqçılar da var”.

Ekspertə görə, məsələnin ən yaxşı həlli vasitəsi borc öhdəliyinin banklar, hökumət və borclu şəxs arasında bölünməsidir. O.Haqverdiyev hökuməti fəaliyyətə çağıraraq deyir:

“Hökumət 2016-cı ildəki kimi əlini yanına salıb otursa bank sostemi tezliklə çökəcək.”

Avropada yaşayan azərbaycanlılar, siyasi məhbuslara azadlıq tələbi ilə aksiya keçirərəkən, Almaniya, dekabr 2016
Avropada yaşayan azərbaycanlılar, siyasi məhbuslara azadlıq tələbi ilə aksiya keçirərəkən, Almaniya, dekabr 2016

“Didərgin salınmışlara sosial yardım”

“Azadlıqinfo” saytı “ Didərgin salınmışlara sosial yardım” sərlövhəli məqalədə müəllif hökumətin xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosaı yardım edilməsi haqda qərarı dəyərləndirilir.

Məqalədə vurğulanır ki, rəsmi Bakınn son iki ildə ölkə daxilindəki islahatlar və anti-böhran siyasətinin nəticə verməyib, hökuməti isə xaricdə yşayan azrəbaycanlılara sosial yardım etmək istəyi:

“Vətəndaş quyunun dibinə batdıqca, hökumət qayğıdan, humanizmdən, uzaqgörən siyasətdən dəm vurur. Hətta “qayğı”nındozası o həddə çatıb ki, xaricdə yaşayan azərbaycanlılara da yardım etmək qərarına gəliblər. Adam məm qəşş edib gülmək, həm də qışqırıb ağlamaq istəyir. Guya, daxildəkiləri təmin ediblər, xaricdəkilərə də əl uzadırlar”.

Müəllif hesab edir ki,ölkə içində 2.5 milyon vətəndaşı kredit bataqlığından çıxara bilməyən, 17000 tələbəni təhsil haqqını ödəyə bilmədiyi üçün təhsildən kənarda qoyan hökumətin xaricdəki azərbaycanlılara yardım edcəyi inandırıcı deyil.

Foto: arxiv
Foto: arxiv

Çoxları kredit götürməkdən imtina ediblər

“Yeni Zaman” qəzetində isə dərc edilən “Zaman gözləmir: İslahatlar həyati zərurətə dönüb”

məqaləsində müəllif ölkə banklarna etimadsızlığın artmasından danışır və bir neçə bankın bağlanması, insanların qoyduqları əmanətlərdən məhurm olmalarını nəzərə çatdırır:

“Bankların kreditləşmə apara bilməməsi olduqca arzuedilməz haldır və əslinə qalarsa, əsas funksiyasını yerinə yetirə bilməməsi gösəticisidir” .

Müəllif statistikaya istinadən yazır ki, 2016-cı il dekabrı ilə müqayisədə bu ilin əvvəlindən banklara qoyulan əmanətlərin 20%-ə yaxın azalaraq 1868,1 мilyon manatdan 7605,8 milyon manata endiyini bildirir.

Manatın devalvasiyasından sonra kreditləşmə şərtlərinin ağırlaşdığını deyən müəllif bundan sonra dollarla kreditlərin götürülməsinin sərfəli olmadığını və buna görə də çoxlarının kredit götürməkdən imtina etdiklərini vurğulayır.

Məqalədə Mərkəzi Banka Neft Fondundan 7,5 milyard manat transfert müsbət sayılır, hesab edilir ki, ən azı yaxın müddətə manatın dəyərdən düşə bilməsi önlənilib.

Amma yazıda bu məsələdə də təhlükəli məqam görülür və deyilir ki, bu ölkənin valyuta ehtiyatlarının azalmasına səbəb ola bilər:

“Əminlik yoxdur ki, neftin indiki qiyməti qüvvədə qalacaq, neft bazarı bir saata da çökə bilər. O zaman haradan valyuta tapmaq problemi yaranacaq”.

"Azərbaycan" qəzeti, 14 yanvar 2017
"Azərbaycan" qəzeti, 14 yanvar 2017

“Azərbaycan” qəzetinin 14 yanvar 1920-ci il tarixli​ sayı

“Azərbaycan” qəzetində “Azərbaycan” - 100: İstiqlalımızın yadigarı həmyaşıdı və tərənnümçüsü”sərlövəhli məqaləsində deyilir ki, 1920-ci il yanvarın 14-də Azərbaycan Cümhuriyyəti müstəqilliyi dünya ölkələri tərəfindən tanınıb və bununla bağlı “Azərbaycan” qəzetinin o zamankı sayında bu tarix bayram kimi qeyd edilib. Məqalənin müəllifi qəzetin indiki redkatoru, deputat Bəxtiyar Sadıqovdur.

Müəllif 97 il öncə Paris Sülh Konfransının timsalında dünya ölkələrinindövlət müstəqilliyini rəsmən tanıdığını deyir və bu tarixin “Azərbaycan” qəzetinin 14 yanvar 1920-ci il tarixli xüsusi nömrəsində bayram kimi qeyd edildiyini vurğulayır.

Müəllif tarixi şəxsiyyətlərin yaratdığını, jurnalsitlərin isə günlərin tarixlərini yazdıqlarını bildirir.

Yazıda “istiqlalın yadigarı, həmyaşıdı və bütün dövrlərdə tərənnümçüsü olan, artıq yaşı 100-ü haqlayan “Azərbaycan” qəzetini həm də milli tarixin son bir əsrlik dövrünün ən dəqiq mənbəyi” adlandırılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG