Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:06

'İngilis dilinin öyrənilməsi ilə bağlı dövlət proqramı qəbul edilməlidir'- media icmalı


Qüdrət Həsənquliyev, 23 mart 2018
Qüdrət Həsənquliyev, 23 mart 2018

Azərbaycandakı ictimai sabitlik, hakimiyyətə alternativin olmaması ilə bağlı düşüncələr, xarici dildə təhsil almağa aid müzakirələr və başqa məsələlər medianın aparıcı mövzularındandır...

“Xaricdə təhsil alan tələbələr geri çağırılmalıdır”

“Bizimyol.info” saytında “Xaricdə təhsil alanlara fərqli maaş təklif edilməlidir” sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentdə Azərbaycanda ingilis dilli pulsuz məktəblərin açılması təklifi ilə çıxış edib və təklifini belə əsaslandırıb:

“Ölkəmizdə inglis dilinin öyrənilməsinə də ehtiyac var və bu dilin öyrənilməsi ilə bağlı dövlət proqramı qəbul edilməlidir”.

Müəllifin qeyd etməsinə görə, deputat bu məsələni parlamentdə Rusiyanın daha üç ali məktəbinin Azərbaycanda filiallarının açılması ilə bağlı fikirlərin səsələndiyi fonda bildirib.

Q.Həsənquliyev deyib ki, Azərbaycanda ingilis dilli məktəblər var, lakin onlar çox bahalıdır:

“Rusiya Azərbaycanda daha 3 universitetinin filialını açmaq niyyətindədir. O zaman dünyanın ilk 200-lüyünə daxil olan ali məktəblərin ölkəmizdə filialının açılması istiqamətində də işlər görülməlidir”.

Müəllifin vurğulamasına görə, deputat xaricdə təhsil alan tələbələrin Azərbaycanda işləmələri məsələsinə də toxunub:

“Çox təəssüf ki, xaricdə təhsil alan tələbələr ölkəmizə qayıtdıqdan sonra burada əməkhaqqının azlığına görə çalışmaq istəmir, yenidən geri qayıdırlar. Həmin uşaqlara fərqli maaş təklif etmək imkanı olmalıdır. Biz dövlət orqanlarına, idarə və təşkilatlara belə bir şərait yaratmalıyıq ki, fərqli əməkhaqqı vermək imkanları olsun. Xaricdə təhsil alan tələbələr kadr ehtiyatı kimi geri çağırılmalıdır”.

Yazıda qeyd edilir ki, xaricdə ali təhsil almış gənclərə fərlqi maaş məsələsinə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov etirazını bidirib və onları Azərbaycandakı tələbələrdən fərqləndirməyi doğru saymayıb.

Hakimiyyət və cəmiyyət haqqında düşüncələr

Bakı, yeni tikililər və neft mancanağı, 19 iyun 2015
Bakı, yeni tikililər və neft mancanağı, 19 iyun 2015

“Azadlıq.info” saytında “Təcrübə və dövlət idarəçiliyi” sərlövhəli yazı yer alır.

Yazıda ölkədə dövlət idarəçiliyinin düzgün fəaliyyət göstərmədiyi iddiası ortaya qoyulur:

“ Gözümüzün qarşısında dövlətçilikdən, idarəçilikdən xəbəri olmayanlar, hər dəfə ağzın açanda ümummilli lətifə mövzusuna çevrilənlər 25 ildir ki, dövlət sükanının arxasında əyləşiblər. Həm də bu 25 il ərzində heç bir müsbət təcrübədən faydalanmaq istəməyiblər. Bütün sahələri bərbad vəziyyətə salıblar. Elə bir mənzərə yaranıb ki, “dövlətçilik”, “dövlət strategiyası”, “idarəçilik fəlsəfəsi” deyəndə, gözümüz önünə vətəni çapıb-talamaq gəlir. Azərbaycan insanı elə başa düşür ki, dövlət məhz belə idarə olunmalıdır”

Yazıda habelə iddia edilir ki, hakimiyyət tənqidlərdən də nəticə çıxarmır. Müəllifin gəldiyi qənaətə görə, əgər hakimiyyət haqlı tənqidləri nəzərə alsaydı ölkədə tamam başqa mənzərə olardı.
Müəllif habelə cəmiyyətdə bəzən səslənən “Azərbaycanda mövcud hakimiyyətə alternativ yoxdur” kimi fikirlərə də münasibət bildirib:

“Cənablar, Azərbaycan xalqı qısır deyil. “Bunlardan başqa ölkəni heç kim idarə edə bilməz” kimi korroziyaya uğramış yalanlara boya çəkməyin. Normal idarəçilik, əməyə qiymət verən hökumət olsa, bu ölkədə bütün sahələr üzrə yüksək təhsil almış gənclər də, bu ölkəni indikilərlə müqayisə edilməz dərəcədə yaxşı idarə edəcək müxalifət də var”

“İlham Əliyevin ictimai sabitlik modeli”

Ilham Əliyev, parlamentdə çıxış edirt - 21 sentyabr 2018
Ilham Əliyev, parlamentdə çıxış edirt - 21 sentyabr 2018

“Azərbaycan” qəzetində isə “İlham Əliyevin “ictimai sabitlik modeli” MDB-də nümunədir” sərlövhəli yazı dərc edilib.

Bu yazıda isə ölkənin idarəçiliyi ilə bağlı “ Azadlıq.info” saytındakı bir qədər öncə bəhs edilən mülahizələrdən tamam fərqli düşüncələr ortaya qoyulur.

Müəllif iddia edir ki, qısa müddətdə əldə etdiyi sosial-iqtisadi uğurlara görə, Azərbaycan dünya miqyasında liderlər mövqeyinə yüksəlib.

Yazıda vurğulanır ki, dünyada qlobal maliyyə böhranını dərinləşdiyi bir zamanda Azərbaycan ölkədə həyata keçirilən siyasət nəticəsində bütün sahələrdə uğurlar və yeniliklər əldə edilib:

“Bütün bu uğurlar və bütövlükdə Azərbaycanın hazırkı reallıqları ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının nə dərəcədə mükəmməl xarakter daşıdığını təsdiq edir. Həm də bir daha aydın olur ki, bu siyasət yeni çalarlarla daha da zənginləşdirilərək dövrün tələblərinə uyğun formada prezident İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilir”.

Müəllif Azərbaycandakı ictimai-siyasi sabitliyi ən böyük uğurlardan biri

sayır və onu qalan bütün uğurların yerinə yetirilməsində əsas amil adlandırır.

Yazıda Avropa “tarixən davam edən müstəmləkəçilik və imperializim siyasətində”, Yaxın Şərq və Afrika ölkələrində silahlı qarşıdurmalara səbəb olmaqda ittiham edilir. Müəllif hesab edir ki, Azərbaycanda vəziyyətin tamamilə fərqlidir.

Yazının sonunda da oxuyuruq:

“Bugünün reallıqları ondan ibarətdir ki, Azərbaycan yerləşdiyi bölgənin ən sabit və ən dinamik inkişaf edən ölkəsidir. Başqa bir həqiqət odur ki, ölkə əhalisi mövcud siyasi kursu dəstəkləyir və bu da vətəndaş həmrəyliyinin təmin olunmasında əsas şərtlərdən biridir...”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG