Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:30

Yerevanda daha bir polis öldürülüb


Yerevanda polis etiraz aksiyası iştirakçılarından dağılışmağı tələb edir.
Yerevanda polis etiraz aksiyası iştirakçılarından dağılışmağı tələb edir.

Hakimiyyət ultimatumunun müddəti şənbə günü, gündüz saat 1-də başa çatar-çatmaz yenidən minlərlə etirazçı Yerevanın küçələrinə çıxıb.

Ermənistan paytaxtında post-patrul xidməti alayının binasını ələ keçirmiş silahlı dəstə ilə qarşıdurmada bir polis nəfəri öldürülüb.

Ermənistan mediası 30 yaşlı Yuri Teponasyanın 400 metr məsafədən snayper tərəfindən vurulduğunu xəbər verib.

Bundan əvvəl Ermənistanın milli təhlükəsizlik qüvvələri silahlı dəstəyə silahı könüllü şəkildə yerə qoymaq üçün son ultimatum vermişdi.

Ultimatumun müddəti şənbə günü, gündüz saat 1-də başa çatar-çatmaz yenidən minlərlə etirazçı Yerevanın küçələrinə çıxıb.

Etirazçılar polisin binasını ələ keçirmiş dəstə ilə həmrəylik nümayiş etdiriblər.

Sarkisyanın istefası niyə tələb edilir?

30-dək silahlı üzvü olan dəstə müxalifət liderlərindən Jirayr Sefilyanın həbsxanadan azad olunmasını və prezident Serj Sarkisyanın istefasını tələb edir.

Jirayr Sefilyan Sarkisyanın Qarabağ siyasətini tənqid edir
Jirayr Sefilyan Sarkisyanın Qarabağ siyasətini tənqid edir

Sefilyan Sarkisyanın Qarabağ siyasətindən narazı olduğunu bildirib.

Serj Sarkisyanın silahlı dəstə ilə danışıqları aparan nümayəndəsi ötən həftə demişdi ki, prezident Sefilyanla görüşməyə hazırdır.

Lakin “Müəssislər məclisi” müxalifət hərəkatının lideri Jirayr Sefilyan deyib ki, o, Sarkisyandan əvvəl silahlı dəstə ilə görüşməlidir.

Sefilyan bildirib ki, Sarkisyanın bu məsələdə inadkarlıq etməsi təəssüf doğurur.

“Biz bir millət kimi hazırda bir qayığın içindəyik və Sarkisyan bu qayığı batırmağa çalışır” – deyib Sefilayan.

Ermənistan mediası Sefilyanın konkret olaraq Sarkisyanın Qarabağ münaqişəsinə dair siyasətində nədən narazı olduğunu bildirmir.

ABŞ səfiri sanksiyalarla hədələyib

Bu arada Amerika Birləşmiş Ştatlarının Yerevandakı səfirliyi bəyan edib ki, Vaşinqton iyulun 30-da Ermənistan paytaxtında keçirilən etiraz aksiyasını dağıdarkən aşırı zora əl atmış şəxslərə qarşı sanksiyalar tətbiq edə bilər.

ABŞ səfiri Richard Mills AzadlıqRadiosunun Yerevan bürosunda
ABŞ səfiri Richard Mills AzadlıqRadiosunun Yerevan bürosunda

​Bu barədə bəyanatı ABŞ-ın Ermənistandakı səfiri Richard Mills AzadlıqRadiosunun erməni xidmətinə - Azatutyuna müsahibə verərkən səsləndirib.

“Mən elə indicə, gecə hadisələri zamanı yaralanmış iki cəsarətli jurnalistlə görüşmüşəm. Mən onlara müalicə aldıqları xəstəxanada baş çəkmişəm” – deyib səfir.

Cənab Mills bildirib ki, şahidlərdən aldığı mötəbər məlumatlara görə, iyulun 30-a keçən gecə jurnalistlərə və etirazçılara qarşı aşırı zordan istifadə olunub.

Səfir deyib ki, aldığı xəbərlər ciddi narahatlıq doğurur. Cənab Mills bildirib ki, Vaşinqtonun sərəncamında etirazçılara aşırı güc işlətmiş şəxslərə qarşı sanksiyalar qoymaq mexanizmi vardır.

Ermənistanda bir çox rusiyayönlü təhlilçilər yerevanda davam edən siyasi böhranda Vaşinqtonun əlinin olduğunu bildirirlər.

Onlar deyirlər ki, ABŞ Yerevanda Kiyevdəkinə bənzər “maydan” yaratmaq istəyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG