Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:38

Paşinyana sui-qəsd planlaşdırıldığı deyilir


Ermənistan polisi Qarabağ bölgəsində Azərbaycanın hərbi əməliyyatlarına qarşı aksiya zamanı etirazçını saxlayır.
Ermənistan polisi Qarabağ bölgəsində Azərbaycanın hərbi əməliyyatlarına qarşı aksiya zamanı etirazçını saxlayır.

Paşinyana sui-qəsd olub?

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) bir neçə gün bundan əvvəl həbs olunmuş keçmiş Yerevan meri Albert Bazeyanı Ermənistanın Baş naziri Nikol Paşinyanın fiziki məhvinə qəsddə və hakimiyyəti ələ keçirmək cəhdində ittiham edir.

Məlumatda deyilir ki, Bazeyan və "Hərbi vətənpərvər səlibçilər" adlı təşkilatın 7 üzvü həbs ediliblər.

Bu da qeyd olunur ki, onlar özlərindən asılı olmayan səbəblərə görə planlarını həyata keçirə bilməyiblər.

Bazeyan özünü təqsirli bilmir və siyasi məhbus olduğunu deyir.

Yerevanda onlarla etirazçı saxlanıb

Ermənistanın paytaxtı Yerevanda onlarla etirazçı saxlanıb. Onlar Baş nazir Nikol Paşinyanın siyasətinə etiraz olaraq küçələri bağlamışdılar.

Polis sentyabrın 25-də azı 140 etirazçının saxlandığını bildirir. AzadlıqRadiosunun Yerevandakı müxbirləri etirazların davam etdiyini xəbər verirlər. Onların dediyinə görə, ayrı-ayrı qruplar küçələri dolaşaraq sakinləri onlara qoşulmağa çağırırlar.

Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 25-də Naxçıvana gələcək, azərbaycanlı həmkarı İlham Əliyevlə Qarabağdakı vəziyyəti müzakirə edəcək.

Azərbaycan 2020-ci ildə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edəndən sonra Ermənistanda Paşinyandan narazılıq güclənib.

Artıq Ermənistana Qarabağdan axının başladığı bildirilir. Qarabağdakı separatçı liderlər 120 minədək etnik ermənin mümkün qədər tez regiondan getmək istədiyini, Azərbaycanın nəzarəti altında yaşamaq istəmədiklərini deyirlər. Azərbaycan isə oradakı dinc sakinlərin hüquqlarını qorumağı vəd edib.

Paşinyan və bir çox ermənistanlı Rusiyanı Qarabağdakı etnik erməniləri qorumaqdan ötrü sülhməramlı qüvvəsindən istifadə etməməkdə günahlandırır. Ermənistan Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Ancaq bugünlərdə ABŞ qüvvələri ilə birgə təlim keçib.

Azərbaycanla Ermənistan sülh sazişi imzalamayıb.

Buna qədər

  • Sentyabrın 19-da rəsmi Bakı "lokal antiterror tədbirləri"nə başladığını elan edərək erməni silahlı qüvvələrinin regiondan çıxarılmasını tələb edib.
  • Sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlanıb. Razılığa əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər hələ ki, sülh müqaviləsi imzalaya bilməyiblər.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG