Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:50

Ermənistan əhalisi Sarkisianın hakimiyyəti dövründə xeyli azalıb


Yerevan
Yerevan

Ermənistan prezidenti Serzh Sarkisianın hakimiyyəti dövründə (2008-2017) ölkə əhalisi 250 min nədərdən də çox azalıb.

Bunu Azadlıq Radiosunun Ermənistan xidməti Ermənistanın milli statistika komitəsinə istinadla yazır.

2008-ci il yanvarın 1-ə olan məlumata görə, Erməniistan əhalisinin sayı 3 milyin 230 min nəfər, iyulun 1-də isə 2 milyon 979 min nəfər olub.

Mənbə yazır ki, Sarkisianın 9 illik hakimiyyəti dövründə ölkə əhalisi 250 min nəfər azalıbsa, bu o deməkdir ki, hər il təxminən 28 min nəfər azalma olub.

Hətta hakimiyyətin özü də bu yaxınlarda ölkədəki demoqrafik vəziyyət, doğuşun azalması, ölüm halları və emiqrasiyanın artmasından narahatlıq bildirib.

Prezident Serzh Sarkisian bu ilin mayında ölkə parlamentinə yazılı müraciətində vəziyyətin “çox narahatedici və qəbuledilməz” olduğunu bildirib.

Serzh Sarkisianın parlamentdə çıxışı
Serzh Sarkisianın parlamentdə çıxışı

Ermənistan Dövlət Miqrasiya Xidməti-nin məlumatına görə, 2008-ci ildə ölkədən gedənlərin sayı, dönənlərdən xeyli çox olub.

2008-2016-cı illərdə bu fərq 345,9 min nəfər olub. Ötən il isə ən yüksək göstərici qeydə alınıb- 48,2 min nəfər, yəni ölkəni tərk edənlərin sayı dönənlərdən 48,2 min nəfər çox olub.

Xidmət bu ilin ilk yarısı üçün də rəsmi məlumat açıqlayıb.

Yenə də ölkəni tərk edənlərin sayı dönənlərdən 37,6 min nəfər artıq olub.

Mənbə yazır ki, ölkədə doğuş və ölüm halları sahəsində vəziyyət də ürəkaçan deyil.

Belə ki, 2008-ci ildə, bu günlə müqaisədə doğulanların sayı ölənlərdən daha çox olub.

Milli Statistika Komitəsinin məlumatına görə, əgər Serzh Sarkisianın hakimiyyətinin birinci ilində doğulanların sayı ölənlərdən 13,796 nəfər artıq idisə, 2016-cı ildə bu rəqəm təxminən 10 faiz azalaraq 12,509 nəfərə düşüb.

Hakim “Respublika” partiyasından olan deputat Samvel Farmanian bildirib ki, ölkədəki demoqrafik vəziyyət Qarabağ münaqişəsi və Türkiyə ilə münasibətlərin normallaşdırılması məsələlərindən daha böyük problemdir.

Samvel Farmanian Azadlıq Radiosunun Ermənistan xidmətinə müsahibə verir
Samvel Farmanian Azadlıq Radiosunun Ermənistan xidmətinə müsahibə verir

O deyir ki, biz hökumət yaradanda iqtisadi artım əsas meyar kimi götürülür, amma demoqrafik vəziyyət bu gün hakimiyyət üçün əsas prioritet olmalıdır, yəni əgər bu gün ermənilər öz vətənlərində yaşamırlarsa, onda iqtisadi artımın mənası yoxdur.

Demokrat Tuben Eganiansa avqustun 14-dəAzadlıq Radiosunun Erməniustan xidmətinə müsahibəsində bildirib ki, hakimiyyətin çoxsaylı bəyanatlarına baxmayaraq ölkədə demoqrafik vəziyyət pisləşməkdə davam edir və bu neqativ inkişafın nə vaxt dayanacağı bəlli deyil.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG