Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 17:49

Paşinyanın partiyasından Tiqran Avinyan Yerevan meri seçildi


Yerevanın yeni meri Tiqran Avinyan
Yerevanın yeni meri Tiqran Avinyan

Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndəsi Tiqran Avinyan oktyabrın 10-da yenicə seçilmiş Ağsaqqallar Şurasının birinci iclasında keçirilən səsvermədə 32 leyhinə, 5 əleyhinə nisbəti ilə Yerevan meri seçilib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Avinyan mer postuna yeganə namizəd idi və şəhər meri seçilmək üçün ona şuradan 27 səs kifayət edirdi.

Sentyabrın 17-də keçirilən seçkinin nəticələrinə görə Yerevan Ağsaqqallar Şurasına “Vətəndaş müqaviləsi”, “Milli tərəqqi”, “Respublika”, “İctimai səs” partiyaları və “Ana Ermənistan” bloku daxil olublar.

Paşinyanın hakim partiyası bu seçkidə ən çox, 32 faiz səs yığa bilib.

Boykot fayda verməyib

Azatutyun yazır ki, “Ana Ermənistan” və “Milli tərəqqi” partiyaları şuranın bugünkü iclasını boykot etməklə yetərsayı əngəlləməyə çalışıblar. Kvorumun yığılmaması Yerevan bələdiyyəsinə təkrar seçkinin keçirilməsini tələb edəcəkdi.

Elə bugün yeni mer Tiqran Avinyan və onun namizədliyini dəstəkləmiş Respublika partiyasının lideri Artak Zeynalyan əməkdaşlıq memorandumu imzalayıblar.

Avinyan deyib ki, memorandum seçki nəticələri nəzərə alınaraq imzalanıb və o paytaxtın idarə olunmasını partnyorları ilə birgə həyata keçirəcək.

O Zeynalyanın müavin təyin olunub-olunmaması barədə heç nə deməyib. Merin müavinləri noyabrın 21-də, Ağsaqqallar Şurasının 2-ci iclasında müəyyən ediləcək.

Oktyabrın 10-da Yerevan Ağsaqqallar Şurasında komissiya başçıları da seçilib.

XS
SM
MD
LG