Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:20

Paşinyanın baş müşaviri Yerevan merinin istefasını istəyir


Yerevanın meri Ayk Marutyan
Yerevanın meri Ayk Marutyan

Yerevanın meri Ayk Marutyan istefaya hazırlaşmadığını bəyan edib.

Meriya mətbuat xidmətinin rəhbəri Akop Karapetyan AzadlıqRadiosu Erməni xidməti Azatutyunla söhbətində deyib ki, vəzifəsinin icrasını davam etdirəcək:

“Yerevan meri öz komandası ilə birlikdə aktiv şəkildə işləməkdə, 2018-ci ilin sentyabrında yerevanlıların verdiyi mandatı həyata keçirməkdə davam edir. Yerevanlılar mandatı beş il müddətinə veriblər”.

Ermənistan baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyanın baş müşaviri Arayik Arutyunyan (Qarabağ separatçılarının lideri Arayik Arutyunyanla qarışdırmamalı – red) iyunun 27-də demişdi ki, Yerevan meri seçki zamanı “Vətəndaş Müqaviləsi” partiyasına “açıq-aşkar şəkildə dəstək ifadə etməyib”.

Onun sözlərinə görə belə halda “şəhərə ziyan vurmayacaq” qərarın qəbul edilməsi zəruridir.

Arutyunyan Azatutyunun efirində bunu da bildirmişdi ki, Marutyanı Yerevan meri etmiş seçkidə səslər əslində parlament seçkisində ikinci dəfə qalib gələn və hökumətin təşkilinə hazırlaşan qüvvəyə - yəni Paşinyanın partiyasına verilmişdi:

“Hazırda bizdə merlə bağlı heç bir müzakirə getmir. Bunu dəqiq deyə bilərəm. Biz bu vəziyyətdə siyasi qüvvə daxilində bu məsələ üzrə necə qərar qəbul edəcəyimizi başa düşməliyik ki, bundan nə şəhər, nə də şəhər hakimiyyəıti ziyan görməsin”.

İqtidar partiyasından gedənlərdən biri

Yerevan Ağsaqqallar şurasının üzvü İzabella Abqaryan Azatutyuna deyib ki, Araik Arutyunyanın dedikləri şəxsən onun xoşuna gəlməyib. Abqaryanın sözlərinə görə bu, partiyadaxili bir məsələ deyil və xalqın səsinə hörmət edilməlidir.

Azatutyun yazır ki, xanım Abqaryan Paşinyanın hakim “Mənim addımım” fraksiyasını 2020-ci ilin noyabrında tərk edib.

O bildirib ki, Yerevan meri məsələsində partiya maraqları xalqın səsindən yüksək tutulmamalıdır:

“Meri yerevanlılar seçiblər. Gəlin yerli özünüidarə orqanlarının müstəqilliyini unutmayaq. Bizim siyahımıza Nikol Paşinyan deyil, Ayk Marutyan başçılıq edib və yerevanlılar Ayk Marutyana və onun proqramına səs veriblər”.

Xanım Abqaryan deyib ki, mer məsələsində yerevanlılara qarşı ədalətsizliyə yol verilə bilməz:

“Vətəndaş Müqaviləsi” partiyasında nəyə görəsə düşünürlər ki, insanın sədaqəti onun öz kabinetində Nikol Paşinyanın portretini asması və ona sözsüz dəstək verməsi ilə ölçülməlidir”.

Yerevan ağsaqqallar şurasının sədri Emin Eritsyan deyib ki, bütün hallarda mer məsələsini onun qurumu həll edəcək:

“Kənardan heç kəs Ağsaqqallar şurasının qərarına dəyişiklik edə bilməz”.

Həlledici məqamda

2018-ci ildən Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyasının üzvü olan Ayk Marutyan 20 iyun parlament seçkisinin ətrəfəsində demişdi:

“Məni seçki maraqlandırmır, mən başımı aşağı salıb öz işimi görürəm”.

Lakin Ağsaqqallar şurasının iyunun 22-də keçirilən iclasında Marutyan vətəndaşları “azad, şəffaf və təlatümsüz seçki keçirilməsi” münasibətilə təbrik etmişdi.

Azatutyun bildirir ki, media Yerevan merinin hakim komanda ilə mürəkkəb münasibətləri barədə artıq bir neçə aydır yazır.

Lakin merin özü bu söhbətlərə heç vaxt şərh verməyib.

Nikol Paşinyanın baş müşaviri bəyan edib ki, partiya rəhbərliyindəki başqa yoldaşlar da mer məsələsində onunla həmrəydirlər.

XS
SM
MD
LG