Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 13:53

Etirazçılar Ermənistan XİN-ə girişi bağlayıblar


XİN-in binası
XİN-in binası

Yerevanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar polis baryerini aşaraq bir neçə hökumət binasının, o cümlədən Xarici İşlər Nazirliyinin girişini qapadıblar.

Parlamentin vitse-prezidenti və müxalifətdə olan “Ermənistan” fraksiyasından deputat İşxan Sağatelyan mayın 24-də deyib ki, aksiyanın məqsədi işçilərin binalara, xüsusilə “daha Ermənistanın və erməni xalqının maraqlarına xidmət etməyən” XİN-in binasına girməyini önləməkdir. ​

Komissiyaların tərkibi açıqlanıb

Minlərlə müxalifət tərəfdarı Yerevanda hər gün etiraz aksiyasına çıxır. Onlar Paşinyanın Azərbaycanla Dağlıq Qarabağ danışıqlarında “qəbuledilməz güzəştlər”ə getdiyini deyirlər.

Polis yüzlərlə etirazçını saxlasa da, sonradan onların əksəriyyəti buraxılıb. Nümayişçilər hökumətə təzyiqi gücləndirmək üçün vətəndaş itaətsizliyi aksiyaları keçirdiklərini deyirlər.

Paşinyan ötən ay Azərbaycan Prezidenti İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə sülh sazişini hazırlamağa və sərhədlərin demarkasiyasi üzrə birgə komissiya yaratmağa razılaşıb. Tərəflər artıq mayın 23-də komissiyanın tərkibini açıqlayıblar.

Avropa Şurasının Prezidenti Şarl Mişel mayın 22-də Brüsseldə deyib ki, birgə komissiyanın ilk iclası “tezliklə” keçiriləcək.

Ərazi bütövlüyü

Azərbaycan sülh sazişin beş elementə əsaslanmasını, iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını istəyir.

Paşinyanın bu elementlərin Yerevan üçün qəbuledilən olduğunu açıq şəkildə bəyan etməsi müxalifəti qızışdırıb. Onlar hakimiyyətin Dağlıq Qarabağ üzərində Azərbaycanın suverenliyini tanımağa hazır olduğunu deyirlər.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə və Qarabağda ermənilərin yaşadığı ərazilərə Rusiya hərbçiləri yerləşdirilib.

Paşinyan 2020-ci ildə atəşkəsə əlavə itkilərin qarşısını almaq üçün getdiyini deyir. O, Dağlıq Qarabağdakı etnik ermənilərlə məsləhətləşməsiz Azərbaycanla hər hansı sülh sazişi imzalamayacağını da bildirir.

XS
SM
MD
LG