Keçid linkləri

Təcili xəbərlər
2023, 24 Mart, Cümə, Bakı vaxtı 01:48

Yerevanda etiraz aksiyası başlayıb [video]


Yerevanda etiraz aksiyası

.

Ermənistanın paytaxtı Yerevanda elektrik enerjisinin bahalaşmasına etiraz olaraq aksiya başlayıb.

Sentyabrın 11-də şəhərin Bagramian prospektində başlayan aksiyanı “Talana yox!” təşəbbüs qrupu təşkil edib.

Bu barədə “Armenia Today” portalı məlumat yayıb.

Aksiyaçılar polislərdən yolun açılmasını və Bagramian prospektinin polslərdən azad olunmasını tələb edir.

Onlar “Küçəni azad edin”, Azad və müstəqil Ermınistan” kimi şüarlar səsləndirirlər.

Polis isə aksiyaçıları kücədən çəkilməyə çağırır və aksiyanın qanunsuz olduğunu bildirir.

AzadlıqRadiosunun erməni xidmətinin aksiyadan verdiyi canlı yaymı burada izlə:

Qeyd edək ki, sentyabrın 1-dən Ermənistanda elektrik enerjisi bahalaşıb.

Sakinlər bundan əvvəl də eyni tələblə etiraz aksiyası keçirmiş və yeni tarifin ləğvini tələb eləmişdilər.

XS
SM
MD
LG