Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 09:37

“Pensiya sistemindəki hazırki islahatlar aktualdır və onların tam vaxtıdır”.

İqtisadçı ekspert Samir Əliyev "Əmək pensiyaları haqqında" qanunun yeni redaksiyada tətbiq olunmasına başlanmasını Turan-a şərh edərkən belə deyib.

Samir Əliyev
Samir Əliyev

Ekspertin sözlərinə görə, artıq sığorta-pensiya sistemi vəsait çatışmazlığı ilə üzləşib.

“İqtisadi böhran, neft gəlirlərinin azalması fonunda pensiya yığımlarının bu şəkildə paylanması mexanizmi bütün sistemin maliyyə sabitliyinin təmin edilməsi üçün təhlükə yaradırdı ki, bu təhlükə də özünü doğrultdu. Ölkənin sığorta-pensiya sistemi artıq vəsait çatışmazlığı ilə üzləşib, bu, sosial ödənişlərin yığılması dinamikasında və pensiyaların ödənilməsi qrafikinin pozulmasında özünü göstərir. Fond büdcəsinə köçürmələr və maliyyə yükü arasında böyük fərq var, bu, davam edərsə, gələcəkdə ölkənin pensiya sistemi uğursuzluğa düçar olacaq”, Samir Əliyev deyir.

“Pensiya yaşını qaldırmadan da vəziyyəti sabitləşdirmək olardı”

Ancaq başqa bir iqtisadçı ekspert Vüqar Bayramov problemə fərqli baxır. Onun fikrincə, bu sahədə vəziyyəti sabitləşdirmək üçün pensiya yaşını qaldırmadan da ötüşmək olardı.

Vüqar Bayramov
Vüqar Bayramov

“İlk növbədə sənayedə məşğul olan hər kəsi fərdi sosial sığorta uçotuna cəlb etmək, qeyri-formal əməyi leqallaşdırmaq, əmək haqlarını artırmaq, büdcədənkənar vəsaitlərdən istifadə etmək lazımdır ki, insanların yığımları da çox olsun”.

Ekspertə görə, əsas hədəf iqtisadiyyatı inkişaf etdirmək olmalı idi.

“İqtisadiyyatı inkişaf etdirmək, kadrları iş və yüksək əmək haqqı ilə təmin etmək məntiqə uyğun olardı. Onda sosial sığorta ödənişlərinin yığılma səviyyəsi yüksək, yığımlar çox olacaq və pensiya sisteminin maliyyə sabitliyi təmin ediləcək. Pensiya yaşının artırılması isə vətəndaşların sosial ödənişlərə marağının azalmasına gətirib çıxara bilər”, - Vüqar Bayramov deyir.

Yeni qaydalar haqda

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Yalçın Müslümov bildirib ki, qanuna edilmiş dəyişikliklərə əsasən, kişilər üçün pensiya yaşı 2021-ci ilə qədər, qadınlar üçün 2027-ci ilə qədər hər il 6 ay qaldırılacaq. Eləcə də, bundan sonra pensiyaya çıxmaq üçün 12 illik staja malik olmaq tələb olunmayacaq. Amma pensiya kapitalı olmayan şəxslər yalnız 25 illik stajları olduğu təqdirdə 110 manatlıq minimum pensiya almaq imkanı qazanacaqlar.

“Bu yeniliklərin mahiyyəti pensiya sisteminin səmərəliliyinin artırılmasından, onun maliyyə sabitliyinin təmin edilməsindən ibarətdir. 12 illik iş stajı tələbinin ləğvindən sonra vətəndaşın yaşa görə pensiya hüququnun müəyyən edilməsinin mütləq və əsas şərti onun fərdi hesabında kapitalın mövcudluğu olacaq. Eyni zamanda, daha bir mühüm məqam odur ki, 2006-cı ildən bu günə qədər ödənilmiş pensiya kapitalını formalaşdıran sosial ödənişlərin məbləğinin yenidən hesablanması həyata keçiriləcək”, deyə Müslümov qeyd edir.

XATIRLATMA

Bu gün, iyulun 1-dən "Əmək pensiyaları haqqında" qanununa edilən yeni dəyişikliklər qüvvəyə minir. Bu vətəndaşların pensiya təminatı sahəsində vəziyyətini əsaslı şəkildə dəyişdirməyə yönəlib.

Söhbət pensiyanın baza hissəsinin ləğvindən, dövlət qulluqçuları üçün stajın 15 ildən 20 ilə, prokurorlar üçün 25 ildən 35 ilə, digər peşələr üçün müvafiq olaraq 5 il artırılmasından gedir.

Əsas yenilik isə bütün vətəndaşlar üçün pensiya yaşının qaldırılması, əmək pensiyası üçün tələb olunan yaş həddinin müxtəlifləşdirməsidir.

Dövlət Statitika Komitəsinin rəsmi bilgilərinə görə, 2017-ci il yanvarın 1-nə Azərbaycanda əmək təqaüdçülərinin sayı 1 277 596 nəfərdir.

Onların 498 750 nəfəri kişilər, 778 846 nəfəri qadınlardır.

Əmək pensiyasının orta ölçüsü isə 205 manat (117 dollar), əmək pensiyasının baza hissəsi isə 110 manatdır (63 dollar).

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG