Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:55

«Yeni fikir»çilərin məhkəməsi aprelin 5-nə təyin olundu


Ötən parlament seçkilərindən əvvəl həbs edilən "Yeni Fikir" Gənclər Təşkilatının sədri Ruslan Bəşirli və onun müavinləri - Səid Nuriyevlə Ramin Tağıyevin məhkəməsi aprelin 5-nə təyin olunub. Martın 31-də keçirilən məhkəməyə hazırlıq iclasında hakim işdə dövlət əhəmiyyətli sirlərin olduğunu əsas gətirərək məhkəmənin qapalı olacağını deyib

Hakim Tofiq Paşayevin sədrliyi ilə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən hazırlıq iclasında «yeni fikir»çilərin vəkilləri bir neçə vəsatət qaldırıblar.

Ruslan Bəşirlinin vəkili Osman Kazımov şahid siyahılarının müdafiə tərəfinə verilməsi, işə dair bütün sübut növlərinin məhkəməyə təqdim olunması barədə vəsatət qaldırdı. Həmin sübutlardan biri də Ruslan Bəşirlinin Gürcüstanda Ermənistan xüsusi xidmət orqanı əməkdaşı olduğu bildirilən şəxslə söhbətini əks etdirən kasetdir. Bu kasetlər dönə-dönə yerli telekanallar tərəfindən göstərilib. Dövlət ittihamçısı bütün sübutların məhkəmə prosesinin gedişində təqdim olunacağını bildirdi.


Vəkillər və təqsirləndirilən şəxslər cinayət işinin məhkəməyə verilməsini qeyri-mümkün sayıblar.


Məhkəmə prosesini Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin iqtisadi və siyasi məsələlər üzrə müşaviri Lora Şaybi də müşahidə edirdi. Xanım Şaybi deyir ki, səfirlik bu məhkəmə prosesini diqqətdə saxlayır və o, bütün prosesi izləyəcək.


Martın 31-də "Human Rights Watch" insan haqları təşkilatı da Azərbaycan hökumətini üç gənc müxalifətçini ədalətlə mühakimə etməyə çağırıb. Təşkilatın Avropa və Orta Asiya Departamentinin icraçı direktoru Holi Kartnerin dediyinə görə, "Yeni Fikir" liderlərinin həbsinin mahiyyəti və vaxtı bu işin siyasi motivli olduğunu göstərir: "Bu iş həmçinin 2005-ci ilin saxta parlament seçkilərinin üzərinə daha dərin kölgə salır".


Təşkilatın Brüssel ofisinin nümayəndəsi Culiet Ladore: "Azərbaycan hökuməti siyasi səbəblərdən müxalifət nümayəndələrinə qarşı ittihamlar irəli sürməklə, onlara təzyiq göstərməklə tanınır. Buna görə biz narahatıq ki, bu üç gənc ədalətlə mühakimə olunmayacaq".


"Yeni Fikir" Gənclər Təşkilatının sədri Ruslan Bəşirli Cinayət Məcəlləsinin 278-ci maddəsi – dövlətin konstitusion quruluşunu zorla dəyişdirməyə cəhddə və 192-ci maddəsi – qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur. Ruslan Bəşirli ötən il parlament seçkiləri ərəfəsi – avqustun 4-də həbs olunub. "Yeni Fikir" sədrinin müavinlərinə də eyni ittihamlar irəli sürülüb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG