Keçid linkləri

Təcili xəbərlər
2021, 29 Sentyabr, çərşənbə, Bakı vaxtı 03:51

Yeni Zelandiya yenidən lokdauna girir 


Yeni Zelandiya

Baş nazir Casinda Ardernin avqustun 18-də deməsinə görə, delta ştammına yoluxmaların artacağı gözlənir

Yeni Zelandiyada koronavirusa yoluxma sayı 7-yə çatıb və artacağı gözlənir. Hökumət açıqlamanı avqustun 18-də verib.

Son altı ayda ilk dəfə olaraq ölkədə yenidən yoluxmalar qeydə alınır. Avqustun 17-dən ölkədə azı üç günlük, Oklend və Koromandeldə isə azı 7 günlük lokdaun elan olunub.

Virusun kökünü kəsmək

Baş nazir Casinda Ardernin avqustun 18-də deməsinə görə, delta ştammına yoluxmaların artacağı gözlənir. Çünki yoluxmuş şəxslər kilsədə, məktəbdə, kazino və xəstəxanada olublar.

Ardern ölkədə virusu cilovlamaq deyil, kökünü kəsmək strategiyasını müdafiə edib, bunun pandemiyada təsirli olduğunu deyib.

“Bəli, delta ştammı böyük təhdid yaradır, amma qaydalar əməl edəriksə əvvəl təsirini göstərmiş alətlər yenə işləyəcək”, – o deyib.

Avstraliyada Sidney şəhərinin yerləşdiyi Nyu Saus Uels vilayətində güclü qadağalara baxmayaraq 633 yeni yoluxma aşkarlanıb.

Sidney iki aya yaxındır lokdaun rejimindədir, bütünlükdə vilayət isə həftəsonu lokdauna girib.

Cənub-şərqi Asiya, ABŞ

Cənub-şərqi Asiyada bir sıra ölkələrdə son həftələr rekord yoluxma və ölümlər qeydə alınır.

“Delta ştammının səbəb olduğu yoluxma dalğası Cənub-şərqi Asiyada ailələrə böyük faciə yaşadır və hələ sonu gprünmür”, – Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Asiya Sakit okean direktoru Aleksandr Mateu deyib.

Mateu regionda vaksinasiya səviyyəsinin aşağı olduğunu deyərək zəngin ölkələrə artıq dozalarını Cənub-şərqi Asiya ilə paylaşmağa çağırıb.

Birləşmiş Ştatlarda məktəblərdə dərslər başlandığı bir vaxtda virus yayılmaqdadır.

Virus özəlliklə cənub hissəyə böyük ziyan vurub.

Missisipidə 20 minədək şagird hazırda COVID-19-a görə karantindədir, bu, ümumi şagirdlərin 4.5 faizi deməkdir.

Ölkə üzrə yeddi günlük ortalama yoluxma 142 min civarındadır, baxmayaraq ki, əhalinin yarısı tam vaksinlənib.

XS
SM
MD
LG