Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 04:30

138 yeni yoluxma, 5 ölüm


COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 138 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 329 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan fevralın 5-də yayılan məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 5 nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 230907 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 224760 nəfər sağalıb, 3153 nəfər vəfat edib, aktiv xəstə sayı 2994 nəfərdir".

Qurumdan bildirildiyinə görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 6133, ötən müddət ərzində isə ümumilikdə 2439718 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG