Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 03:39

162 yeni yoluxma aşkarlanıb, 4 ölüm


COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 361 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan fevralın 3-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 4 nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 230617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 224168 nəfər sağalıb, 3145 nəfər vəfat edib, aktiv xəstə sayı 3304 nəfərdir".

Qurumdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7198, ötən müddət ərzində isə ümumilikdə 2426945 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG