Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 07:52

349 yeni yoluxma qeydə alınıb, 12 ölüm


COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 349 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 494 nəfər sağalıb.

Bu məlumatı bu gün, yanvarın 15-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 12 nəfər də vəfat edib: "İndiyədək Azərbaycanda ümumilikdə 226549 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 213773 nəfər sağalıb, 2983 nəfər vəfat edib, aktiv xəstə sayı 9793 nəfərdir".

Qurumdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 7231, ötən müddət ərzində isə ümumilikdə 2302843 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2 milyon civarında şəxsin vəfat etdiyi açıqlanıb.

Multimedia

XS
SM
MD
LG