Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 15:05

Azərbaycanda 167 yeni yoluxma, 3 ölüm


Sentyabrın 3-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 167 yeni yoluxma faktı qeydə alınıb, bu xəstəliyə tutulanlardan 148 nəfər sağaldıqdan sonra evə buraxılıb.

Bu məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər də vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 36 min 899 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 min 264 nəfəri sağalıb, 541 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 094 nəfərdir”.

Qərargahdan verilən açıqlamaya görə, Azərbaycanda son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 869, ötən müddət ərzində isə ümumilikdə 942 min 265 test aparılıb.

Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda xəstəliyi evdə keçirən şəxslər də var.

Azərbaycanda koronavirusa ilk yoluxma halı bu il fevralın 28-də aşkarlandığı açıqlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 26 milyon 246 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 868 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Şərhlər

Multimedia

XS
SM
MD
LG