Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

Daha 572 nəfər koronavirusa yoluxub


İyulun 2-də Azərbaycanda 572 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 364 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 18 min 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 min 425 nəfəri müalicə olunaraq sağalıb, 228 nəfər vəfat edib, 8031 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6976 koronavirus testi aparılıb.

Poliklinikalar koronaviruslu xəstələrə dərman verəcəkmi?
Gözlə

No media source currently available

0:00 0:03:04 0:00

XS
SM
MD
LG