Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:58

Azərbaycanda 329 yeni yoluxma, 7 ölüm


Son gündə Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 329 yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, iyunun 17-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər də vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 10 min 991 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6075 nəfər müalicə olunaraq sağalıb, 133 nəfər vəfat edib, 4783 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 8 milyon 300 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 447 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Koronovirus pandemiyası ilə bağlı martin 24-dən Azərbaycanda karantin elan edilib. Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halı fevralın 28-də aşkarlanıb.

XS
SM
MD
LG