Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:41

367 yeni yoluxma, 3 ölüm


Son bir gündə Azərbaycanda 367 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 156 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu bugün, iyunun 15-də Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər də vəfat edib.

“İndiyədək ölkədə ümumilikdə 10 min 324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 min 739 nəfər müalicə olunaraq sağalıb, 122 nəfər vəfat edib, 4 min 463 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”.

Qərargahın açıqlamasına görə, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 5052, ötən müddət ərzində isə ümumilikdə 386 min 898 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 8 milyondan çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 436 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halı fevralın 28-də aşkarlanıb.

XS
SM
MD
LG