Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Azərbaycanda 70 yeni yoluxma


Son gündə Azərbaycanda 70 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə bugün, mayın 11-də Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb.

Məlumatda vurğulanıb ki, hazırkı dövrədək Azərbaycanda 2589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib:

“Onlardan 1680 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat edib, 877 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 31 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.

Qərargahdan bildirildiyinə görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 197.545 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 4 milyon 215 min 480-dən çox şəxsin yoluxduğu bildirilir.

Onlardan da, artıq 284 min 680-dən çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG