Mikayıl Cabbarov 4 il öncə təhsil naziri təyin olunanda o qərb təhsilli, “Nə, harda, nə vaxt” intellektual yarışmasının fəal iştirakçılarından biri, gənc, perspektivli və müasir dünyagörüşlü şəxs kimi təqdim olunmuşdu.
Təhsil eksperti Altay Göyüşov deyir ki, məhz bu cəhətlərinə görə Mikayıl Cabbarovdan gözləntilər çox olub. Ötən 4 ilə nəzər salan Altay Göyüşov təhsil sahəsində bəzi işlər görüldüyünü düşünür:
Buna da bax: Mikayıl Cabbarov vergilər naziri oldu [reaksiyalar]
“Amma bunu təhsildə köklü islahatlar adlandırmaq olmaz. Ümumi durumla bağlı təhsilin də səviyyəsi düşməkdə davam edir. İqtisadi durum, böhran təhsildə rüşvətin aradan qaldırılması ilə bağlı aparılan islahatlara da təsir etdi. Yəni, bu gün də rüşvət var. Düzdür, ali təhsil müəssisələrində rüşvət bir xeyli azalıb, amma orta məktəbdə hələ də qalır. Müxtəlif adlar atında pul yığılır. Amma Misir Mərdanov dövrü ilə müqayisədə bu 4 il irəli addım idi, nəinki geri”.
Buna da bax: Ekspert: 'Fazil Məmmədov milyarder nazirlərdən biri idi, görünür...' [video]
İndi artıq Mikayıl Cabbarov təhsil naziri yox, vergilər nazidir. Dekabrın 5-də prezident onu bu vəzifəyə təyin edib. Hələlik, yeni təhsil nazirinin kimliyi bəlli deyil.
Milli Məclisin elm və təhsil komitəsinin üzvü Asim Mollazadə ümid edir ki, bu vəzifəyə gələcək yeni şəxs Mikayıl Cabbarovun başladığı islahatları davam etdirəcək:
Buna da bax: Mikayıl Cabbarov vergilər naziri oldu [reaksiyalar]
“Təhsil sisteminin islahatları çox çətin işdir. Bu işi qısa müddətdə aparmaq çətindir. Amma buna baxmayaraq, Mikayıl Cabbarov təhsil naziri kimi özünü çox peşəkar şəkildə nümayiş etdirdi. Gələcək islahatlar və sistemin güclənməsi üçün zəruri işlər gördü. Mən xüsusilə, məktəblərdə müəllimlərin və hansısa problem yaradan məktəb rəhbərlərinin işdən uzaqlaşdırılmasını, ümumi abu-havanı dəyişdirməsi istiqamətində atılan addımları vurğulamaq istəyərdim”.
Buna da bax: Pedaqoq: 'Dərslər formal keçilir, uşaqlar oxumur...'
Asim Mollazadə düşünür ki, gələcəkdə müəllimlərin bilik və bacarıqlarının daha da yüksəldilməsi, onların maaşlarının artırılması kimi addımlar atılmadır.
Bakı sakini Mübariz İsmayılovun oğlu 10-cu sinifdə oxuyur. O, ümidli idi ki, Mikayıl Cabbarov yeni nazir təyin olunandan sonra kurikulum sistemini yoluna qoyacaqdı. Amma hələ də bu sistemlə bağlı məqamlar şagirdlərə, valideynlərə, elə müəllimlərin özünə də aydın deyil:
Buna da bax: Saxta diplomlarda deputatın imzası var...
"Mənim özümə çətindir. Uşaqlara da lap çətindir. 6-cı sinifdən test imtahanı verir. Adı kurikulum sistemi olub, amma necə keçiblər bilmirəm. Bizə bəlli deyil ki, nə olacaq necə olacaq. İkinci qrupa hazırlaşırdı, məktəbi bitirməsinə 1 il qalmış bəlli oldu ki, bu qrupa ümumdünya tarixini salıblar. İndi bu bir ildə bu fənnə necə hazırlaşsın?".
Bəs, sıravi vətəndaşın yeni təhsil nazirindən gözləntiləri nədir? Bakıda keçirdiyimiz qısa ayaqüstü sorğuda vətəndaşlardan bu suala cavab xahiş etmişik:
Buna da bax: Vitse-prezidentlik genişlənir... [video]
Bəs, yeni təhsil naziri bu islahatlara gedə biləcəkmi? Təhsil eksperti Altay Göyüşov deyir ki, bu sualın cavabı təhsil naziri postuna kimin gələcəyində yox, sistemə yanaşmadadır:
“Bu sistemdə ora elə adam gəlməlidir ki, Mikayıl Cabbarovun belə aşa bilmədiyi baryerləri aşa bilsin. Bəs, bu kim ola bilər? Məncə, bu birbaşa ailədən biri olsa oliqarxlara gücü çatacaq, sistemin içərisində sözü keçə bilər. Əks halda kim gəlsə Mikayıl Cabbarovdan güclü ola bilməyəcək”.
Buna da bax: Azərbaycan oliqarxlarının gizli şirkətləri [araşdırma]
Mikayıl Cabbarov təhsil naziri gələndən sonra müəllimlərin işə qəbulunun imtahan yolu ilə keçirilməsi, orta məktəblərin buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi istiqamətində işi xüsusi ilə vurğulanır.
Biz “Facebook” istifadəçilərinin də fikirlərini öyrənmişik. Onlardan soruşmuşuq ki, son illər Azərbaycan təhsilində şəxsən sizə və ailənizə təsir edən hansı qərar yadınızdadır?
Seymur Bayramov adlı istifadəçi yazır ki, həm təhsil işçilərinə, həm də tələbələrə qarşı qərarlar o qədər çox və qərəzlidir ki, adam bilmir hansını desin.
Buna da bax: “Panama Papers”: Prezident övladlarının London mülkləri
Əliheydər Heydərli isə yazır ki, onun üçün yadda qalan qərar ödənişli oxuyan tələbələrə də rəqabətli şərait yaradılması üçün təqaüd verilməsi haqda olub.
Asif Tağıyev isə düşünür ki, normal dərs verilmir, sinif rəhbərləri şagirdə öz biznesi və köləsi kimi baxır
Təhsil ekspertləri bir məsələdə yekdildirlər ki, yaxın gələcəkdə təhsil sahəsində nələrin baş verəcəyi yeni nazirin kim olacağına bağlıdır. Bu posta mümkün namizədlər sırasında da Azərbaycan saytları Birinci vitse-prezident Mehriban Əliyevanın bacısı Nərgiz Paşayevadan tutmuş Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadəyə qədər müxtəlif adamların adlarını hallandırırlar. Daha maraqlısı isə ötən həftənin sonunda baş verdi. Eyni anda bir neçə xəbər saytında yeni təhsil nazirinin Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev təyin edildiyi barədə xəbər yaydılar. Amma bir saat sonra bütün saytlardan həmin xəbər silindi.
Buna da bax: Müəllim qul bazarından kababçı gedir
Hələlik nə bu xəbərin necə mediada peyda olması barədə rəsmi izah yoxdur. Prezidentin də yeni təhsil nazirinin kimliyi barədə qərarı elan edilməyib.
Buna da bax: