Keçid linkləri

2026, 30 Aprel, cümə axşamı, Bakı vaxtı 23:05

Prezident Administrasiyasında yeni sektor yaradılıb

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsində yeni sektorun yaradıldığı bildirilir.

AZƏRTAC-ın məlumatına görə, prezident İlham Əliyev bununla bağlı sərəncam verib.

Sərəncama əsasən, ictimai-siyasi məsələlər şöbəsində yeni yaradılan ictimai-siyasi işin təşkili sektoruna Vüsal Quliyev rəhbərlik edəcək.

Vüsal Quliyevin indiyədək ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri vəzifəsində çalışdığı bildirilir.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında ictimai-siyasi işin təşkili ilə bağlı məsələlərin əlaqələndirilməsi yeni sektorun əsas fəaliyyət istiqaməti olmalıdır.

This item is part of
XS
SM
MD
LG