Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

ABŞ-ın yeni sanksiyaları Rusiyanın əsas müdafiə və kəşfiyyat qurumlarını hədəfləyir


ABŞ Dövlət Departamenti Birləşmiş Ştatların sanksiyalar qanununa uyğun olaraq Rusiyanın 30-dan çox böyük müdafiə və kəşfiyyat şirkətini hədəfləyib.

Sanksiyalar bu şirkətlərlə biznes əməkdaşlığını qadağan edir.

Sanksiyaların yeni siyahısı oktyabrın 27-də bir çox Konqres üzvlərinin şikayətlərindən sonra elan edilib. Millət vəkilləri Ağ Evi Rusiyaya münasibətdə astagəllikdə qınayırdılar, çünki bu sanksiyalar oktyabrın 1-dək imzalanmalıydı.

Oktyabrın 1-i son müddət kimi prezident Trump-ın avqust ayında həvəssiz imzaladığı qanunda təsbit edilmişdi. Rusiyaya qarşı sanksiyaları möhkəmləndirən bu qanun Konrqres tərəfindən böyük səs çoxluğu ilə qəbul edilmişdi.

Yeni siyahıda Rusiyanın hərbi sənaye kompleksinə daxil olan bir çox şirkətlərin adları var. Bunlardan ölkənin əsas silah ixracatçısı Rosoboroneksport, raket istehsalçısı Almaz-Antey və ölkənin ən böyük gəmiqayırma şirkəti United Shipbuilding Corporation şirkətini göstəmək olar.

Bundan başqa sanksiyalar siyahısına Suxoy və Tupolev təyyarələrinin istehsalçıları, Rostec texnoloji holdinqi də daxil edilib. Rostec-in titan istehsal edən qolu VSMPO-AVISMA ABŞ-ın Boeing şirkəti ilə müştərək firmaya malikdir.

Sanksiyalar siyahısında Rusiyanın əsas kəşfiyyat orqanları olan FTX və Baş Kəşfiyyat İdarəsi (GRU) də var.

Sanksiyalar yanvarın 29-da qüvvəyə minəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG