Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Bəzi dövlət qurumları ləğv edildi, bəziləri yenidən...


Prezident İlham Əliyev aprelin 20-də istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı sərəncam imzalayıb.

Sənəd bəzi dövlət qurumlarının ləğvini və yenilərinin yaradılmasını nəzərdə tutur.

Sərəncam İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılmasını nəzərdə tutur. Həmin agentlik mərkəzi icra hakimiyyəti orqanı statusunda olacaq.

Bundan başqa, Müəllif Hüquqları Agentliyi ilə Patent və Əmtəə Nişanları Mərkəzi birləşəcək. Yenidəntəşkil yolu ilə Əqli Mülkiyyət Agentliyi yaradılacaq. Agentliyin təsisçisinin əsas səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan prezidentinə aid olacaq.

Sərəncama əsasən, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilir. Bu komitə 2001-ci ildə yaradılmışdı.

Həmin komitənin səlahiyyəti iki qurum arasında bölüşdürülür. Qurumun texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə veriləcək.

Sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətlər isə Əqli Mülkiyyət Agentliyinə keçəcək.

“Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Standartlaşdırma İnstitutu” və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxslərin təsisçilərinin səlahiyyətləri də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə verilir.

XS
SM
MD
LG