Keçid linkləri

Təcili xəbərlər
2023, 01 İyun, Cümə axşamı, Bakı vaxtı 12:33

Eurasinet: "Parlamentin müstəqil olmaması yeni spikerin çıxışında da bəlli idi"


Sahibə Qafarova

"Köhnə qvardiyanın bir hissəsi parlamentdədir"

Eurasianet.org dərgisi yazır ki Azərbaycanın yeni parlamenti ilk baxışda yenilənmiş görünür, amma onun əvvəlki- tapşırıqları yerinə yetirən versiyasından uzağa gedəcəyi barədə hansısa əlamət yoxdur.

Qəzet yazır ki, yeni parlamentdə də köhnə qvardiyanın böyük hissəsi əyləşib:

"Parlamentə yeni qadın spiker təyin olunub. Onun müavinlərindən biri Yeni Azərbaycan Partiyasının üzvü deyil. Parlamentə müraciətində prezident İlham Əliyev deyib ki, yeni düzən analoqsuzdur və demokratiyanın inkişafı üçün mühüm addımdır. Amma dərhal da əlavə edib ki, yeni parlament rəhbərliyini o özü məsləhət görüb”.

"Parlamentin müstəqil olmaması S. Qafarovanın çıxışında özünü göstərdi"

Daha sonra müəllif əlavə edir ki, parlamentin müstəqil olmaması yeni spiker Sahibə Qafarovanın prezidentə rəğbət ifadə edən çıxışında da özünü göstərdi.

“Prezident bizə bütün sahələrdə nümunə olmalıdır, deyə spiker bildirib. "Mən əminəm ki, biz hörmətli prezidentin çıxışında təklif olunan bütün tövsiyələrə əməl edəcəyik və onun dediyi problemlərin həll olunması bizim əsas məqsədimiz olacaq", Sahibə Qafarova əlavə edib. Təhlilçilər isə deyir ki, kosmetik makiyaja baxmayaraq, yeni parlamentdən çox kiçik gözləntilər var.

Daha sonra qəzet "Turan" agentliyindən sitat gətirir, bildirir ki, Sahibə Qafarova əslində, yeni köhnə spikerdir.

Qəzet "Kafkazky Uzel" dərgisində, təhlilçi Toğrul Çuvarlıya istinad edir:

"Parlamentin bir hissəsinin yenilənməsi, rəhbərliyin tam dəyişməsi bəzi texniki dəyişikliyə səbəb ola bilər. Bəlkə də qanunvericilik aktları daha yaxşı keyfiyyətdə hazırlana bilər, bəlkə də qurumun işi daha yaxşı təşkil oluna bilər. Bəlkə də müəyyən çərçivədə parlamentə icazə veriləcək ki, nazirləri tənqid eləsin, amma parlament müstəqil olmayacaq".

XS
SM
MD
LG