Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:14

Azərbaycanda yeni ombudsman kim olacaq?


Elmira Süleymanovanın səlahiyyət müddəti başa çatıb
Elmira Süleymanovanın səlahiyyət müddəti başa çatıb

Bu gün, noyabrın 22-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirə olunub.

Bu barədə “Turan”agentliyinə İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa məlumat verib.

Onun sözlərinə görə, iclasda məsələ müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub. Parlamentin növbəti plenar iclası noyabrın 25-də keçirilməlidir.

Deputat bildirib ki, Ombudsman vəzifəsinə Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyevanın, Ali Məhkəmənin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyevanın və Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyevanın namizədlikləri irəli sürülüb.Onlardan birinin namizədliyi qəbul edilməlidir.

Xatırlatma

Azərbaycanda Ombudsman Aparatı 2002-ci ildə yaradılıb. O vaxtdan Ombudsman vəzifəsində Elmira Süleymonova çalışır.

Hüquq müdafiəçilərinin onun fəaliyyətinə münasibəti birmənalı olmayıb. Bəzi hüquq müdafiəçiləri onun fəaliyyətini ümumən müsbət dəyərləndirsələr də, bir çoxları da tənqidi yanaşırlar.

Tənqidçilər deyirlər ki, son illər Azərbaycanda polis və cəzaçəkmə müəssisələrində işgəncələrin olması ilə bağlı şikayətlər getdikcə artır, amma rəsmi qurumlar kimi Ombudsman Aparatı da onların obyektiv araşdırılmasına lazımı səylər göstərmirlər. Rəsmilər işgəncə şikayətlərini bir qayda olaraq əsaslı saymırlar.

Elmira Süleymanovanın Ombudsman kimi səlahiyyət müddətinin artıq başa çatdığı bildirilir.

XS
SM
MD
LG