Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:24

Prezident yeni nazirlər təyin etdi


Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında aprelin 21-də imzaladığı sərəncamına əlavələr edib.

Sərəncama əsasən, aşağıdakı şəxslər Nazirlər Kabinetinin üzvləri sırasına daxil ediliblər.

Ekologiya və təbii sərvətlər naziri – Muxtar Babayev

Gənclər və idman naziri – Azad Arif oğlu Rəhimov

Mədəniyyət naziri – Əbülfəs Qarayev

Müdafiə sənayesi naziri – Yavər Camalov

Səhiyyə naziri – Oqtay Kazım oğlu Şirəliyev

Təhsil naziri – Ceyhun Bayramov

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Hicran Hüseynova

Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədri – Fuad Muradov

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri – Mübariz Qurbanlı

Dövlət Gömrük Komitəsinin sədri – Səfər Mehdiyev

Dövlət Statistika Komitəsinin sədri – Tahir Budaqov

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri – Kərəm Həsənov

Dövlət Turizm Agentliyinin sədri – Fuad Nağıyev

Qida Təhlükəsizliyi Agentliyinin sədri – Qoşqar Təhməzli

Dövlət Miqrasiya Xidmətinin rəisi – Vüsal Hüseynov

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – Arzu Rəhimov

Beləliklə Nazirlər Kabinetinin tərkibində bir sıra dəyişikliklərin baş verdiyi bəlli olur.

Ekologiya və təbii sərvətlər naziri postunda dəyişiklik var. Əvvəl bu postu Huseynqulu Bağırov tuturdu. İndi bu vəzifədə Muxtar Babayev çalışacaq.

Mədəniyyət naziri Əbülfəs Qarayev isə əvvəlki tərkibdə mədəniyyət və turizim naziri idi. Prezident aprelin 20-də nazirliyin Mədəniyyət Nazirliyi və Turizm Agentliyinə bölünməsi haqda sərəncam vermişdi. Yeni Dövlət Turizm Agentliyinin sədri də Fuad Nağıyev təyin edilib.

Təhsil naziri isə Ceyhun Bayramov olub. Bu post bu il dekabrın 5-dən boş idi. O, əvvəl təhsil nazirinin müavini olub.

Yeni tərkibdə daha bir dəyişiklik Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədrivəzifəsinə Fuad Muradovun gətirilməsidir. Bu postu əvvəl Nazim İbrahimov tutub.

Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində də dəyişiklik olub. Artıq, ölkənin gömrük qurumlarına Səfər Mehdiyev rəhbərlik edəcək. Əvvəl isə bu postu Aydın Əliyev tuturdu.

Dövlət Miqrasiya Xidmətinin rəisi də dəyişdirilib, Vüsal Hüseynov Firudun Nəbiyevi əvəz edib.

XS
SM
MD
LG