Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

'Yeni sistem yüksək bal toplamağa imkan vermədi'


Qəbul imtahanları
Qəbul imtahanları

Avqustun 15-dən etibarən ali təhsil müəssisələrinə qeydiyyat başlayıb.

Tələbə adı qazanan şəxslər avqustun 15-dən 27-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Statistikaya görə, bu il tələbə adını qazanmış abituriyentlər keçən illərə nisbətən zəif nəticə göstəriblər. Bu barədə bugünlərdə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də danışmışdı.

«I, II və IV ixtisas qruplarında bütün bal intervalları üzrə azalma müşahidə etmək olur. Yalnız III ixtisas qrupu üzrə 500 və daha aşağı bal toplayanların sayı bu il daha çoxdur. Yeni tədris proqramı ilə əlaqədar bu il imtahanın məzmununun və qiymətləndirmə modelinin dəyişməsi daha yüksək bal toplayan abituriyentlərinin sayının az olmasına təsir edən amillərdən biri ola bilər», - o qeyd etmişdi.

Təhsil üzrə ekspert Kamran Əsədov da AzadlıqRadiosuna deyib ki, builki qəbul imtahanlarda I qrup üzrə cəmi 1 nəfər 690 -700 arası bal toplaya bilib. Onun sözlərinə görə, keçən il bu nəticəni 56 abituriyent göstərmişdi:

Sizcə, hansı ixtisaslara daha çox ehtiyac var? [video-sorğu]
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

«Ümumiyyətlə, keçən illə müqayisədə bu il göstəricilər aşağıdır. Məsələn, bu il 680-689 arası bal toplayan abituriyentlərin sayı 14 nəfərdir. 2018-ci ildə isə 52 nəfər idi. 660-669 arası bal toplayan abituriyentlərin sayı 46 nəfərdir. Keçən il bu rəqəm 86 idi».

K.Əsədovun vurğulamasına görə, yuxarıdakı müqayisədən açıq aşkar şəkildə görsənir ki, qəbul imtahanlarda əksər qruplar üzrə yüksək nəticə göstərənlərin sayı əvvəlki illərdən kəskin şəkildə azalıb. Ekspert hesab edir ki, bunun əsas səbəbi yeni imtahan modelidir:

«Bu il imtahanlar tamamilə fərqli, iki mərhələli formada keçirilib. Bundan əlavə imtahanlarda ancaq test suallar yox, yazılı cavab tələb edən suallar da verilmişdi. Ona görə də nəticələr qənaətbəxş olmadı».

Xatırlatma

Bu il Azərbaycanda ali məktəblərə qəbul ikimərhələli aparılıb. Qəbulda buraxılış imtahanının nəticələri də qəbul imtahanında toplanan balın üzərinə gəlir. Buraxılış mərhələsində maksimum 300, qəbul imtahanında isə 400 bal toplamaq mümkündür. Bu il imtahanların məzmununa da bir sıra dəyişikliklərin edildiyi qeyd olunur.

Ali təhsil müəssisələrinin müsabiqələrində isə 58 min 258 nəfər iştirak edib. Onlardan 42 min 62 nəfəri (o cümlədən 3 min 542 subbakalavr) ali məktəblərə qəbul olunub. 17 min 820 (o cümlədən 586 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 24 min 242 (o cümlədən 2 min 956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG