Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:31

Yeni İl cah-cəlalı: 800 manata süfrə, 1000 manata yolka, 300 manata Şaxta baba...


Yeni İl cah-cəlalı.
Yeni İl cah-cəlalı.

"Bunların da öz alıcıları var, bahalığına baxmayın, elə olur, gündə ikisini, üçünü satırıq".

Söhbət Yeni il qabağı 1000, 1500 manata satılan yolkalardan, bir ədədi 50-60 manata yolka oyuncaqlarından gedir. Bakıdakı bərq vuran bahalı mağazalardan birinin satıcısı deyir ki, hələ ki, müştəri qıtlığıyla üzləşməyib. Çünki müştəriləri imkanlı adamlardır.

'Söhbət Yeni il qabağı 1000, 1500 manata satılan yolkalardan gedir'
Gözlə

No media source currently available

0:00 0:00:14 0:00
Direct-ə keçid

Mağaza satıcıları, restoran sahibləri, istirahət yerlərinə bahalı turlar təşkil edən turizm şirkətləri əməkdaşları "bunların öz alıcıları, öz müştəriləri var" ifadəsini bir az fəxrlə, bir az rahatlıqla deyirlər. Deyirlər ki, başqa vaxtlar da, elə Yeni il qabağı da onlar "öz alıcılarına", "öz müştərilərinə" güvənirlər.

Buna da bax:​ Yeni il sərgüzəştləri başlayır…

Bir neçə gün öncə AzadlıqRadiosu-nun az gəlirli əhalinin bayram hazırlıqlarıyla bağlı reportajında Yeni il süfrəsinə ən çoxu 200 manat xərclənəcəyi deyilirdi.

Ən ucuz qiymət 100 manatdır

Yeni İl.
Yeni İl.

Ancaq Bakıda Yeni ilə hazırlaşan restoranlar, otellər, istirahət mərkəzləri artıq yerlərin dolduğunu deyirlər. Qiymətlər də 100 manatdan başlayır. AzadlıqRadiosu kiçik bir araşdırmayla üzə çıxarıb ki, şəhər kənarında daha çox şadlıq evləri kimi tanınan yerlərdə Yeni il gecəsinin qiyməti bir nəfərə 100-150 manatdır. Dekabrın 31-nə otellərdəki qiymətlər daha bahadır, 500-800 manat arası dəyişir. Bu cür məkanlarda uşaqlar üçün Yeni il şənliklərinin də qiyməti 100 manatdan başlayır.

Bu günlər Bakıya imkanlı ərəb turistlərinin gəlməsini nəzərə alan restoranlar və kafelər özəl "Arabian Nights" adlı proqramlar təklif edir. Burda da qiymətlər 100 manatdan başlayır.

Buna da bax: Yeni İl süfrəsi bu dəfə neçəyə başa gələcək?

İqtisadçı ekspert, “Fins.az” saytının redaktoru Əli Əhmədov deyir ki, bu qiymətə yerlərə daha imkanlı azərbaycanlılar və turistlər gedir:

Əli Əhmədov: 'Işə görə ölkədən uzaqlaşa bilməyənlər Yeni İli yüksək ulduzlu otellərdə qeyd edir'
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

"Nisbətən imkanlı təbəqə, yəni, biznesmenlər, investorlar, sabit gəlirə malik təbəqə Yeni il şənliklərini daha bahalı xidmətlərdən yararlanmaqla keçirir. Bəziləri Yeni ili xarici ölkələrdə, işə görə ölkədən uzaqlaşa bilməyənlər isə yüksək ulduzlu otellərdə qeyd edir. Tanınmış brendlərə məxsus bu cür otellər həm Bakıda, həm də bölgələrdə var. Belə otellər həm Qəbələdə, daha çox Şahdağdadır. Burdan yararlananlar daha yüksək xidmət səviyyələrinə hesablanmış şəxslərdir. İmkanları da çatır, tələbləri də uyğun səviyyədədir. Bu il, əslində, qiymətlərin ötən ilki kimi qalacağını gözləmək olardı. Ancaq özəlliklə, ərəb, körfəz ölkələrindən varlı turistlərin Azərbaycana səfəri bu xidmətlərin ucuzlaşmasına imkan vermir. Əksinə, bəzi yerlərdə bahalaşıb".

1000 manatlıq istirahət yerlərində Yeni il süfrəsi 150-400 manatdır

İstirahət yerlərinə gəldikdə, AzadlıqRadiosu əməkdaşının bir neçə turizm mərkəzindən aldığı bilgiyə görə, Yeni il bayramının keçirilməsi 1000 manatdan aşağı başa gəlməyəcək. Özəlliklə, Qusardakı Şahdağ istirahət yerlərindəki otellərdəki 3-4 günlük gecələmə 1000-1500 manat arasındadır. Dekabrın 31-də təklif olunan Yeni il süfrəsinin qiyməti isə ayrıdır, bir nəfərə 100-400 manat arasındadır.

'Qusardakı Şahdağ istirahət yerlərindəki otellərdəki 3-4 günlük gecələmə 1000-1500 manat arasındadır'
Gözlə

No media source currently available

0:00 0:00:18 0:00

Buna da bax:​ "Bayram süfrəsində 70 faizlik bahalaşma var"- [Fotolar]

Turizm şirkətlərindən birinin əməkdaşı Leyla Fərəcova deyir ki, onlara müraciət edən müştərilər qiymətlərdən razıdır:

"Müştərilər alır, heç çoxunda yer də yoxdur. Bilirsiniz, orda dincələn adamlardan ötrü bu qiymətlər baha deyil".

Yeni ilə təxminən iki həftə qalır. Restoran və istirahət mərkəzlərindən onu da söylədilər ki, qiymətlər indilik belədir. Əgər boş yerlər olacaqsa, dekabrın 31-nə iki-üç gün qalmış edilən sifarişlər daha baha başa gələcək.

Buna da bax: Şaxta babanın da unutduğu ailə …

Bahalı Şaxta Babanın bahalı hədiyyələri

Yeni İl yolkası.
Yeni İl yolkası.

İllərdir, Bakıda ailələr Yeni il gecəsi evlərinə Şaxta Baba dəvət edir. Adətən, Şaxta Babaların qiyməti saatına görə 50-100 manatdır. Daha imkanlı təbəqə Yeni ildə evlərinə daha bahalı Şaxta Baba, başqa nağıl qəhrəmanları personajlarını da çağırır. 30 yaşlı Sərvər Kərimov deyir ki, Şaxta Baba kimi iki ildir bu cür ailələrə saatı 200-300 manata gedir. Saat 12-yə qədər qiymət 200 manat, saat 12-də 300 manat olur:

"Onlar Yeni ili hər il təmtəraqlı keçirir. Nə qiymət desək, onu da verirlər. Daha varlılar xaricə gedirlər, bizim getdiyimiz ailələr ortadan yuxarı təbəqədir. Bayramları çox gözəl keçirirlər, hər şey təşkil edirlər".

Şaxta Baba: 'Bizim getdiyimiz ailələr ortadan yuxarı təbəqədir'
Gözlə

No media source currently available

0:00 0:00:08 0:00

Sərvər deyir ki, imkanlı ailələr öncədən ona uşaqlarına verməyə bahalı hədiyyələr də alıb verirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG