Keçid linkləri

2025, 06 İyul, bazar, Bakı vaxtı 07:26

'Qış qalası' yeni il yarmarkası açılıb


Qoşa qala qapısı meydanında “Qış qalası” adlı yeni il yarmarkası
Qoşa qala qapısı meydanında “Qış qalası” adlı yeni il yarmarkası

Dekabrın 20-də Qoşa qala qapısı meydanında “Qış qalası” adlı yeni il yarmarkası açılıb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, yarmarka “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Bakının bayram ovqatına töhfə vermək, eləcə də yeni il yarmarkası ənənəsini yaymaq məqsədilə təşkil edilib. Yarmarkada mətbəx nümunələri, əl işləri, suvenirlər, yeni il atributları, isti qəlyanaltılar, şirniyyat və içkilər təqdim edilir.

Buna da bax:​ Xeyriyyə yarmarkasında: 'Böhran dövrüdür, ancaq yenə pis deyil...'

Yanvarın 10-dək davam edəcək yarmarkada hər gün saat 19:00-dan 21:00-dək tanınmış musiqiçilərin iştirakı ilə konsert olacaq. Yarmarka günlərində uşaqlar üçün də əyləncəli animasiya proqramı nəzərdə tutulub. Dekabrın 29-dək uşaqlar Şaxta babaya məktub yazaraq finalda mükafat əldə edə biləcəklər. Yeni il yarmarkasında müxtəlif əyləncəli müsabiqələr keçiriləcək, qaliblərə hədiyyələr təqdim ediləcək.

“Qış qalası” ziyarətçiləri sadəcə öz məlumatlarını daxil edərək iştirakçı olacaqları lotereyada xaricə iki nəfərlik səyahət bileti qazanmaq şansı da qazanacaqlar.

XS
SM
MD
LG