Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

İlham Əliyev Kamran Əliyevi Baş prokuror görmək istəyir


Kamran Əliyev
Kamran Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev Kamran Əliyevin Baş prokuror vəzifəsinə təsdiqlənməsi üçün Milli Məclisə təqdimat göndərib.

Təqdimata Milli Məclisin plenar iclasında baxılmalıdır.

Deputat Erkin Qədirli bildirib ki, təqdimata bugün, aprelin 29-da Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin iclasında baxılıb.

Müzakirələrdən sonra təqdimat Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Kamran Əliyev Azərbaycan Respublikası Baş prokurorunun müavini, baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviridir.

Hazırki Baş prokuror Zakir Qaralov bu vəzifəyə 20 il əvvəl, 2000-ci il aprelin 25-də təyin edilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG