Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:03

ABŞ Yəməndə döyüşlərin dərhal dayandırılmasına çağırır


ABŞ dövlət katibi Mike Pompeo (solda) və müdafiə naziri James Mattis Yəməndə döyüşlərin dayandırılmasına çağırıblar
ABŞ dövlət katibi Mike Pompeo (solda) və müdafiə naziri James Mattis Yəməndə döyüşlərin dayandırılmasına çağırıblar

Birləşmiş Ştatlar Yəməndə hərbi əməliyyatların dərhal dayandırılmasına və danışıqlar masası arxasına qayıdılmasına çağırıb. Bir çox siyasi şərhçilər bu münaqişənin ABŞ-ın müttəfiqi Səudiyyə Ərəbistanı ilə krallığın düşməni İran arasında təmsili müharibə olmasına inanırlar.

ABŞ dövlət katibi Mike Pompeo və müdafiə naziri Jim Mattis illərlə davam edən bu fəlakətli münaqişənin çözümü üçün BMT-nin rəhbərliyi ilə danışıqlara başlanması çağırışını dəstəkləyiblər.

Yəməndəki münaqişə 2015-ci ildə, İran tərəfindən dəstəklənən şiə huti qiyamçıları ölkənin qərbində, paytaxt Sana da daxil geniş əraziləri zəbt edəndən sonra qızışıb.

Bundan sonra Səudiyyə Ərəbistanı və səkkiz Körfəz ölkəsi prezident Abd-Rabbu Mansur Hadi-nin beynəlxalq birlik tərəfindən tanınmış hökumətini bərpa etmək üçün Yəmənə hərbi müdaxilə edib. Bu ölkələr habelə ABŞ, Britaniya və Fransa tərəfindən dəstəklənib.

Bu münaqişədə əksəriyyəti dinc əhali olmaqla 10 minə yaxın insan həlak olub və BMT xəbərdarlıq edib ki, milyonlarla yəmənli aclıq təhlükəsi qarşısındadır.

Mattis deyib ki, bütün tərəflər “həll yolu tapmaq məqsədilə noyabr ayında İsveçdə toplaşmalıdır”.

Bu arada Mike Pompeo şiə huti qiyamçılarına qarşı döyüşən Səudiyyə koalisiyasını yaşayış ərazilərinin havadan bombardmanını dayandırmağa çağırıb.

İsveçin xarici işlər naziri Margot Wallstrom oktyabrın 31-də deyib ki, onun ölkəsi münaqişə tərəflərinin danışıqlarına ev sahibliyi etməyə hazırdır. BMT belə bir rica ilə İsveçə müraciət etsə də, danışıqlar üçün dəqiq tarix müəyyən edilməyib.

Bu bəyanatlardan az əvvəl Reuters agentliyi xəbər vermişdi ki, Səudiyyə Ərəbistanı hutilərin nəzarətində olan Hodeyda dəniz limanı yaxınlığında 30 minədək əsgəri qüvvə cəmləşdiridib. Hodeyda Yəmənin əsas portudur.

İran, qiyamçıları silahlandırdığına dair Qərbin iddialarını rədd etsə də, ABŞ və Səudiyyə rəsmiləri hutilərin İran silahlarından istifadə etdiklərinə dair sübutlara malik olduqlarını deyirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG